Xəbər lenti
19 gündə 10 nəfər suda boğularaq ölüb

Çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 10 nəfər suda boğulub.
Manevr.az Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, 19 gün ərzində 17 nəfər suda boğulmaqdan xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 15 iyundan bu günə qədər Sumqayıtda 3, Mingəçevirdə 2 və Bakıda 12 batmaq təhlükəsi olan şəxsi xilas edib.
Bakıda 4, İmişlidə 1, Mingəçevir şəhəri Yuxarı Qarabağ kanalında 1, Xızı rayonu Şurabad qəsəbəsində 1, Kür çayının Ağstafa rayonu Saloğlu qəsəbəsindən keçən hissəsində 2, Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində 1 nəfərin meyiti sudan çıxararaq aidiyyatı üzrə təhvil verib.
Qeyd edək ki, 15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib. Çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar