Xəbər lenti
Məşhəd və Kərbəla ziyarətlərində dəyişiklik edildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkil etdiyi Kərbəla, Nəcəf və Məşhədə ziyarəti ilə bağlı bəzi dəyişikliklər edilib.
QMİ-dən APA-ya verilən məlumata görə, birbaşa Məşhəd ziyarəti hələlik təxirə salınıb, yalnız Bakı-Kərbəla-Məşhəd-Bakı səfəri həyata keçiriləcək.
Səfərlə bağlı sənəd qəbuluna iyulun 20-dən başlanacaq, zəvvarlardan xarici pasport, 3x4 ölçüdə 2 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunacaq.
Avtobusla həyata keçiriləcək səfərin qiyməti 350 ABŞ dollarıdır.
Sənədlər QMİ-nin ziyarət şöbəsində qəbul olunur.
Qeyd edək ki, QMİ bir müddət əvvəl Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edəcəyini bəyan edib, ziyarətçilərə nəqliyyat vasitəsi olaraq avtobus və ya təyyarə seçmək imkanı verildiyini açıqlamışdı.
Bildirilmişdi ki, avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar