Xəbər lenti
Azərbaycan qadınları ərəblərə ərə gedir - təhlükəli tendensiya
Yay mövsümü boyunca ərəblərin Azərbaycana axınını müşahidə etdik və müşahidə etməkdə də davam edirik. Həm də məlum olur ki, ərəblər Azərbaycana sadəcə gəzmək üçün deyil, bəziləri hətta evlənmək üçün gəlib. Onların evlilik təklifinə “hə” deyən bəzi azərbaycanlı qızlar gözünü yumub “təki ər olsun” söyləməklə belə nikahlara daxil olurlar.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a deyib ki, istəsək də, istəməsək də azərbaycanlı xanımların əcnəbilərlə ailə qurması gündəmdədir:
“Bununla bağlı statistikalar da göstərir ki, əcnəbilərlə nikaha daxil olanların sayında artım var. Onların xarici vətəndaşlarla ailə qurmağa üstünlük verməsi səbəbləri isə müxtəlifdir.
Bizdə 1999-2000-ci ilədək olan statistikaya nəzər yetirsək, əcnəbilərlə nikah o qədər də aktual deyildi. Hətta 1989-cu ilə qədər çox az sayda xanım əcnəbiyə ərə gedirdi və onlar böyük qınaq obyektinə çevrilirdi.
Ələlxüsus da xristianlarla nikah birmənalı qarşılanmırdı. İndiki məqamda bu stereotiplər aradan götürülüb. İstənilən xanım istədiyi xarici vətəndaşla könüllü şəkildə ailə qura bilir. Bunların bir qismi rəsmi, qalanı qeyri-rəsmi olur. Adətən Türkiyə, İran kimi Şərq ölkələrindən olanlarla nikahlar qeyri-rəsmi olur. Bu səbəbdən də nikahların dəqiq statistikası aparıla bilmir.
Məhz buna görə də, xanımlarımız sonradan həlli müşkül olan kifayət qədər problemlərlə qarşılaşırlar”.
“Qızlarımız hətta ərəbin üçüncü arvadı olmağa da razıdır”
M.Zeynalovanın sözlərinə görə, hazırda bəzi azərbaycanlı qızların ərəblərlə tez bir zamanda ailə qurması sadəcə kəbinlə baş tutur və müvəqqəti xarakter daşıyır:
“Ərəblərin əsas xarakterik xüsusiyyətlərindən biri də çoxarvadlılıqdır. Ərəb kişilərini seçənlərin bir qismi ya evlilik yaşını keçmiş, ya da boşanmış xanımlardır.
Bir qismi də rəsmi nikahın önəminə fikir vermir və bunun gələcəkdə yol aça biləcəyi problemləri gözardına vurur. Yəni “təki ər olsun, gedim...”. Nisbətən aşağı təhsil səviyyəsindəki qadınlarda ərəblərin çox varlı, xanımlarına qarşı diqqətcil olmaları ilə bağlı miflər formalaşıb. Məhz tələsik olaraq ərəblərə ərə getməyin səbəblərindən biri də budur. Sosial durumu nisbətən pis olan qadınlar ərəbi gələcək həyatının qurtarıcısı kimi görür. Sanki bu, bir çıxış yolu imiş kimi davranılır.
Bu cür nağıllar da xanımlarımızın gözüyumulu ərəblərlə ailə qurmasına gətirib çıxarır. Yaxın illərin praktikası göstərir ki, Dubaya gedib orda qeyri-rəsmi nikaha girən xanımlarımız da çoxdur. Hətta ora gedib ikinci, üçüncü qadın olmağı seçən qadınlarımız da kifayət qədərdir.
İndi isə ərəblər ölkəyə gəlib və baş verənlər çılpaqlığı ilə görünür. Bu səbəbdən ərəblərin istirahət üçün Azərbaycanı seçməsi bəzi insanlarda qıcıq yaradır”.
“Ərəblərdən doğulub ortada qalacaq uşaqların yazıq halına...”
Qadın hüquqlarının müdafiəçisi deyir ki, əgər xanımlarımız rəsmi şəkildə ailə qurursa, burda qeyri-adi heç nə yoxdur:
“Əgər bizim qızlar ikinci, üçüncü arvad olacaqlarsa, hesab edirəm ki, onların valideynləri, yaxınları bu barədə düşünməlidir. Düşünməlidirlər ki, bu nikah onlara nə verəcək, hüquqi aspektləri nədir. Bu gün ərəblərin Azərbaycana axını bu problemi daha da qabardır.
Demək çevik bir qurum olmalı, təhlillər aparılmalıdır. Televiziyalar, radiolar, kütləvi informasiya vasitələri bu barədə materiallar verməlidirlər.
Ölkənin qadını onun sərvəti, gələcəyi, anasıdır. Bu ananın problemlərlə üzləşə biləcəyini düşünən tərəflər olmalıdır. Amma təəssüf ki, biz bütün məsələlərdə olduğu kimi, buna da barmaqarası baxırıq. Düşünürük ki, “qadındır, kimlə istəyər ailə qurar”. Amma bu qadının gələcəyi, dünyaya gətirəcəyi uşaq, o uşağın statusu, istənilən halda hüquqi prosedurların hamısı vətəndaşla bağlıdır. Biz genefondumuzu qarışdıra-qarışdıra gedirik.
Bu da ayrıca bir məsələdir. Mən qarışıq nikahların əleyhinə deyiləm, amma vətəndaşın formalaşmasına fikir vermək lazımdır. Ərəblə müvəqqəti nikaha girib, ondan doğulan uşaq ortada qalacaqsa, yəni ərəb onu atıb gedəcəksə, bu izdivaca əvvəldən qarşı çıxmaq lazımdır.
Niyə qanunsuz nikahlardan doğulan uşaqların sayı artır? Buna bir səbəb xarici vətəndaşlarla qurulan qeyri-rəsmi münasibətlərdir. Xanımlar xaricə ərə gedir, 1-2 ildən sonra qucağında uşaqla vətənə geri dönür.
Məhz ərəblərlə bağlanılan qanunsuz nikahlardan sonra da qanunsuz doğulan uşaqların sayı bir “partiya” artacaq. Bu uşaqlar ortada qalacaq, valideyn onu himayə edə, kifayət qədər qayğı göstərə bilməyəcək. Çətinlik vaxtı atanı tapıb, atalıq haqqını müəyyən edə bilməyəcək, aliment almayacaq.
Və həll olunmayan problemlərin sayı-hesabı olmayacaq. O zaman problem daha da dərinləşəcək.
Həmin vaxt hökumət sosial yardımları artırmağa məcbur olacaq. Bu isə dövlət büdcəsinə bağlıdır. Ona görə də hesab edirəm ki, dövlət qurumları bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşmalıdırlar”.
Yadınızdadırsa, bir vaxtlar Bakıya axın edən çinlilərin bir qismi azərbaycanlı qızlarla nikaha girib evlənirdilər. Eyni hal indi də ərəblərlə yaşanır...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar