Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəki-Zaqatalanın fındıq bağlarında - XƏSTƏLİK / FOTOLAR

Tarix: 03-07-2017 12:32     Baxış: 4398 A- / A+
Şəki-Zaqatalanın fındıq bağlarında


Bu ilin yaz aylarında hava şəraitinin qeyri-sabit keçməsi, nisbi rütubətin çoxluğu və intensiv yağan yağışlar nəticəsində Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında unlu şeh xəstəliyinin inkişaf etməsinə əlverişli şərait yaranıb.

Manevr.az Nazirliyə istinadən bildirir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının əməkdaşlarının fermerlərə verdiyi tövsiyələr əsasında bu günə qədər unlu şeh xəstəliyinə qarşı 465 hektar, fındıq uzunburun böcəyinə qarşı isə 231 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Kimyəvi mübarizə zamanı kükürd, tiovit-djet və topaz fungisidlərindən istifadə olunub.

Qeyd edək ki, unlu şeh xəstəliyini “Phyllactinia guttata” göbələyi törədir. Göbələk bitkilərin yarapaqlarını zədələyir və una oxşar örtük əmələ gətirir. Örtük yarpağın alt səthində əvvəlcə zəif, sonra isə sıx olur. Xəstəlik bitkilərin birillik budaqlarını daha cox zədələyir. Unlu şeh xəstəliyinə tutulmuş yarpaqlar saralıb quruyur və vaxtsız tökülür. Xəstəliyə tutulmuş bitkilərin yarpaqlarında maddələr mübadiləsi pozulur, bitkinin inkişafı zəifləyir, məhsuldarlığı aşağı düşür və keyfiyyəti pisləşir.

Unlu şeh xəstəliyinə qarşı əsas mübarizəni təşkil etmək üçün ilk növbədə yerə tökülmüş yarpaqları yığaraq məhv etməli, bitkilərin vegetasiya dövründə xəstəliyə qarşı 1%-li kolloid kükürdün suspenziyası və ya 1%-li əhəng kükürd həlimi ilə 2-3 dəfə çiləmə aparılmalıdır. Birinci çiləmə xəstəliyin yenicə əmələ gəlmə dövründə, ikinci və üçüncü çiləmələr isə hər 12-15 gündən bir təkrarlanmalıdır. Bundan başqa, xəstəliyə qarşı tiovit djet (3-8 kq /ha), topaz (0,4 l/ha), kvadris (0,4-0.6 l/ha), almaz (0,3-0,5 l/ ha) və fundazol (1.0 kq/ha) fungisidlərinin birindən istifadə etmək lazımdır.

Dövlət Fitosanitar Nəzarəti Xidməti hava şəraitinin əlverişli olduğunu nəzərə alaraq, fermerlər tərəfindən fındıq bağlarında unlu şeh xəstəliyinə qarşı mübarizə tədbirlərinin davam etdirilməsini məqsədəuyğun hesab edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar