Xəbər lenti
Beyin fəaliyyətinin pozulmasına qarşı 5 əsas üsul

psixoloq
Müasir həyatda beyin fəaliyyətinin işləmə mexanizmi kifayət qədər mürəkkəbləşib, ona görə ki, ətraf aləmdə baş verən sürətli dəyişiklik və inkişaf, beynin bu reallığa uyğunlaşmasını tələb edir.
Ətraf aləm ilə beyin arasında balanslaşma tənzimlənməyəndə, beyində müəyyən geriləmələrə və ya xəstəliklərə səbəb ola bilir. Araşdırmalara əsasən, son illərdə informasiya axını əvvəlki illərlə müqayisədə 30 dəfədən çox artmışdır. Bu isə, öz növbəsində beynin inkişaf və nizamlama tendensiyasına birbaşa mənfi təsir göstərir. Yəni, informasiya axının müntəzəm olaraq davam etməsi, emosional və fiziki gərginliyin yaranmasına, zehni nizam və intizamın pozulmasına, beyin və bədən əlaqələrinin qırılmasına, eyni zamanda funksional tarazlığın pozulmasına gətirib çıxarır.
Yüksək həyəcan və kəskin stress zamanı beynin işləmə funksionallığı zəifləməyə başlayır. Müəyyən mənada, beyində nəzarətedici və tamamlayıcı göstəricilərinin işləmə prinsipi əngəllənmiş olur. Bu zaman, təhliletmə, müəyyənləşdirmə, nəticəçıxarma kimi xüsusiyyətlərdən məhrum olma vəziyyəti yaranır. Məhz, bütün bunları nəzərə alaraq, beyin fəaliyyətinin pozulmasının qarşısını almaq məqsədilə, aşağıda verilmiş bir neçə üsuldan istifadə etmək olar:
- İlk növbədə, zehni fəaliyyətin nizamlı işləməsinə diqqət yetirmək lazımdır. Belə ki, bütün sutka boyu informasiya dalğası insanı öz təsiri altında saxlaya bilir. Bu zaman, nizamlama mühüm əhəmiyyət kəsb edir. Yəni, gün boyu müəyyən saatlarda emosional gərginlik yaradan informasiyaların zehni məşğul etməsinə icazə vermək olmaz. Xüsusən, səhər və axşam saatlarında qəbul edilən mənfi təsirli informasiyalar beynin işləmə mexanizminin pozulması ilə nəticələnir. Çünki, beynin ən həssas zamanları səhər və axşam hesab olunur.
- Özünüzü həddən artıq yükləməyə meyl göstərməyin. Beyində ağrı reseptorları yoxdur. Beyni məcbur etsək, fasiləsiz işləmə qabiliyyətinə malikdir. Hətta, beyin nə qədər enerji tələb edir etsin, orqanizm onu təmin edəcəkdir. Lakin, bu proses bir müddət sonra beyində müxtəlif hasarların yaranması ilə, kliniki simptomlarla özünü göstərir. Bu baxımdan, beyni müəyyən fasilələrlə istirahətini təmin etmək lazımdır.
- Fiziki fəaliyyət vacib şərtdir. Fiziki aktivlik zamanı, nəfəsvermədə orqanizmdə yığılan ağır qazlar xaric olunur, nəfəs alanda isə oksigen orqanizmə daxil olur. Fiziki aktivlik olmayan zaman da bu mexanizm işləyir, lakin balanslaşma düzgün olmur və ya hər iki halda daha az miqdarı yerinə yetirilir. Məhz, fiziki aktivliyin aşağı səviyyədə olması, beynin işləmə sürətinə təsir göstərir.
- Fikri düzgün yönləndirmək bacarığına malik olmaq. Ümumiyyətlə, fikir iki istiqamətə pozitiv və neqativ olmaqla, yönlənmiş olur. Pozitiv yönəlmədə, kifayət qədər səy, əzmkarlıq və cəhdetmə tələb olunur. Digər tərəfdən, pozitivlikdə xüsusi bacarığa ehtiyac duyulur. Neqativ fikrin formalaşmasında isə beyni nəzarətsiz buraxmaq bəs edir. Belə ki, beynin neqativ fikirlərə, emosiyalara yönəlməsi, beyin enerjisinin iki qat artıq sərf olunması deməkdir. Bu zaman, neqativ hal şüursuz şəkildə müntəzəm olaraq, beyində təkrarlama kimi xarakterizə olunur. Uzunmüddətli hala keçən təkrarlama psixosomatik xəstəliklər risqini artırmış olur. Yəni, neqativ fikir xəstəliyin yaranma mənbəyi sayılır. Ona görə də, fikri pozitivə yönəltmək, ona məna gücü ilə zənginləşdirmək, mənəvi enerjini yüksəltməyə xidmət edir.
- Beynin psixoloji vəziyyətini davamlı yoxlamaq lazımdır. Necə ki, orqanizmdə baş verən dəyişikliklər zamanı, təzyiqi, qanda şəkərin səviyyəsini ölçürlər, uyğun olaraq beyində müdafiə mexanizmi yaratmaqla, hər hansı zehni yorğunluq zamanı müəyyən yoxlamalar və təhlilllər aparmaq imkanı yaranmış olur. Belə ki, bu işi günlük, həftəlik, aylıq bölgülərə ayırmaqla, həyata keçirmək, özünütanımanın və zehni rahatlığın yaranmasına gətirib çıxarır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar