Sizin Reklam Burada
Xəbər lenti
12-08-2025
11-08-2025
BÜTÜN XƏBƏRLƏR

İnsan hüquqları və dövlət təhlükəsizliyi

Tarix: 05-03-2025 10:46     Baxış: 3316 A- / A+
Hər insan doğulduğu andan, hətta doğulmadan öncə belə mövcud olan  (bərabərlik hüququ) hüquq və azadlıqlara malikdir. 
Hər bir insan cəmiyyətdə müəyyən mövqe tutur və onların hüquq və azadlıqlarının qorunması insanın həyatında, dövlətlə və  digər insanlarla olan münasibətlərində də olduqca önəmli yerə malikdir. Bu hüquqların təmin edilməsi ədalətli cəmiyyətin formalaşmasına, insan ləyaqətinin qorunmasına və sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. AR Konstitusiyasında da əks olunduğu kimi dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bəs dövlət vətəndaşlarını qoruyarkən hansı həddə qədər müdaxilə etməlidir və bu müdaxilə ilə  fərdi azadlıqlar arasındakı balansı  necə saxlamalıdır?

Bu məqalədə dövlətin vətəndaşın qorunması sahəsində funksiyalarını, çətinlikləri və bu prosesdə hüquqi çərçivələri araşdıracağıq.

İnsan hüquqları qədim dövrdən bu günə qədər böyük inkişaf yolu keçərək formalaşmış və hazırda cəmiyyətin əsas dəyərlərindən birinə çevrilmişdir.Qədim dövrdə Hammurapi qanunları (e.ə. XVIII əsr, Babilistan), Roma 

hüququ; Orta əsrlərdə Magna Carta (1215, İngiltərə), İslam və digər dini hüquq sistemləri; Yeni dövrdə İngiltərədə Hüquqlar haqqında Bill (1689), Fransız İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi (1789). Bütün bunlar insan hüquqlarının inkişafı üçün böyük addımlar olsa belə müəyyən bir ərazini əhatə etməsi, ayrı-seçkiliyə yol verməsi səbəbi ilə məhdud idi. 
 
 XX əsr insan hüquqlarının beynəlxalq səviyyədə qorunması üçün mühüm addımlarla yadda qaldı. Bu addımlarım ilki 1948-ci ildə BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsinin qəbul edilməsi ilə atıldı. Bu bəyannamə bütün insanların doğuşdan azad və bərabər hüquqlara malik olduğunu bəyan edən universal sənəddir. Hər kəsin yaşamaq, fikir və ifadə azadlığı, təhsil, iş və ədalətli məhkəmə hüququ kimi fundamental haqlarını tanıyan bu bəyannamə insan ləyaqətini, azadlığı, bərabərliyi və ayrı-seçkiliyə məruz qalmamaq prinsipini əsas tutur. Bu sənəd, insan hüquqlarının qlobal səviyyədə tanınması və qorunması üçün bir təməl rolunu oynamış və bir çox beynəlxalq müqavilə, konstitusiya və qanunların hazırlanmasına ilham vermişdir.Bu sənədin prinsipləri əsasında 1950-ci ildə Avropa İnsan Hüquqları Konvensiyası qəbul edildi və insan hüquqlarının məhkəmə yolu ilə müdafiəsi üçün hüquqi mexanizmlər yaradıldı. Daha sonra, 1960-70-ci illərdə irqçiliyə və gender ayrı-seçkiliyinə qarşı qlobal mübarizə gücləndi. 

Xüsusilə ABŞ-da və digər ölkələrdə bərabərlik uğrunda hərəkatlar geniş vüsət aldı, vətəndaş hüquqları uğrunda mübarizə aparan qanunlar qəbul edildi və insan hüquqlarının tətbiq dairəsi daha da genişləndi.

 Dövlətin əsas funksiyalarından biri də vətəndaşın qorunmasıdır. Dövlət sosial müdafiə, səhiyyə və təhsil sahələrini inkişaf etdirərək vətəndaşların rifahını yüksəldir, aztəminatlı və həssas qrupları himayə edir. Eyni zamanda, iqtisadi siyasət vasitəsilə iş yerlərinin yaradılmasını və vətəndaşların layiqli həyat səviyyəsini təmin edir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək insan hüquqlarının qorunmasına dair beynəlxalq standartları tətbiq edir və öhdəliklərini yerinə yetirir. Bu tədbirlər vətəndaşların təhlükəsiz və layiqli həyat şəraitində yaşamasına zəmin yaradır.

 Vətəndaşların təhlükəsizliyini təmin etmək dövlətin əsas vəzifələrindən biri olsa belə bu prosesdə fərdi hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılması məsələsi ortaya çıxır. Ancaq başa düşmək lazımdır ki, məhdudiyyətlərə səbəb isə ictimai asayiş, cəmiyyətin rifahı və digər insanların hüquqlarının 
qorunmasıdır. Dövlətin təhlükəsizlik tədbirləri vətəndaşların hüquqlarını tam məhdudlaşdırmaq üçün deyil, onları daha təhlükəsiz və azad cəmiyyətdə yaşatmaq üçün tətbiq edilməlidir.

 Benjamin Franklin belə bir fikir irəli sürüb: "Təhlükəsizlik üçün azadlıqdan imtina edənlər nə azadlığı, nə də təhlükəsizliyi haqq edirlər."
 
 Bu fikirdə təhlükəsizlik və azadlıq arasında balansın əhəmiyyəti vurğulanır. Franklinin yanaşması azadlığın təhlükəsizliyin təminatı üçün fundamental dəyər olduğunu göstərir. Əgər bir cəmiyyət təhlükəsizliyi qorumaq üçün fərdi azadlıqlarını qurban verirsə, uzunmüddətli perspektivdə nə azad, nə də təhlükəsiz bir mühit formalaşdıra bilir.
 

Alşarlı Aytac
Naxçıvan Dovlət Universiteti
Hüquqşünaslıq I kurs tələbəsi


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar