Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik qəbul edilib

Tarix: 30-06-2017 14:09     Baxış: 3336 A- / A+
“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik qəbul edilib
Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 12-ci (Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası) maddəsinin 4-cü bəndinə dəyişiklik layihəsi müzakirə olunub.
Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Təklifə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.
əndin hazırda qüvvədə olan variantı isə belədir: “Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərar qanunvericiliyə uyğun olaraq icraya yönəldilir”.
Bununla da məişət zorakılığına məruz qalan şəxsin üzləşdiyi hal və onun mühafizəsi ilə bağlı tədbirlərin təxirə salınmadan, daha sürətlə həyata keçirilməsi mexanizmi tətbiq olunur.
Layihə səsə qoyularaq qəbul olunub.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar