Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Həyat yoldaşına sevgilisiylə XAİN TƏLƏ

Tarix: 29-06-2017 09:47     Baxış: 3330 A- / A+
Həyat yoldaşına sevgilisiylə


Ağlasığmaz bir xəyanət əhvalatı ortaya çıxıb. Sevgilisi xüsusi makiyajla, hicaba girərək həyat yoldaşı kimi etibarnamə imzalayıb və xanımının bütün mal-dövlətini satmağa cəhd edib.

Aksaray dəmir polad zavoduna malik olan Hakan Ç, ilk həyat yoldaşı Həsrət Ç.-dən iki uşağı dünyaya gələndən sonra katibəsi Fatma Gül C. ilə birlikdə yaşamağa başlayıb. Katibəsindən də 2 uşaq dünyaya gəlib. Keçən il katibəsini bıçaqla yaralayıb tərk edən Hakan Ç, bir müddət əvvəl də Göklin G. ilə eşq yaşamağa başlayıb. Bu arada müflis olan Hakan Ç, sevgilisiylə əməkdaşlıq edərək, ilk həyat yoldaşı Həsrət Ç.-yə məxsus ev və torpaq sahələrini satmağa qərar verib.

Hicablı olan xanımına bənzəməsi üçün, hicab libası geyindirdiyi Göklin G.-nı notariusa aparan Hakan həyat yoldaşından ələ keçirdiyi şəxsiyyət vəsiqəsini də istifadə edərək, həyat yoldaşı olaraq tanıtdığı sevgilisi vasitəsilə vəkalətnamə çıxarıb. Bu vəkalətnamə ilə xanımına məxsus 400 min lirə dəyərində iki yeri problem yaşamadan satan dələduz-işgüzar, sonra həyat yoldaşının 2 uşağıyla birlikdə yaşadığı evi də satmağa qərar verib. Hakanı daha əvvəlki fərqli bir cinayət səbəbiylə izləyən Korrupsiya və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları şübhəlinin xanımına aid malları satmağa çalışdığını duyanda konkret hərəkətə keçib. Bu satışın baş verəcəyi anda basqın edən polis, qaçmağa çalışan Hakan Ç-ni həbs edə bilib. Hakan ilə birlikdə sevgilisi Göklin G. də həbs olunub.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar