Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

MTRŞ-dən televiziyalarda spirtli içkilərin nümayiş olunmasına - Münasibət

Tarix: 29-06-2017 09:33     Baxış: 4334 A- / A+
MTRŞ-dən televiziyalarda spirtli içkilərin nümayiş olunmasına


Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya kanallarına tütün məmulatları, spirtli içkilərin istifadəsi, həmçinin yol hərəkəti qaydaları ilə bağlı tövsiyələr verib.

Manevr.az xəbər verir ki, bunu Trend-ə MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, Azərbaycanda həm teleradio yayımı, həm də reklam haqqında qanunvericiliyə görə, televiziya və radio ilə tütün məmulatlarının reklamı ümumiyyətlə qadağandır:


"Monitorinqlər göstərir ki, yayımçılar bu tələblərə riayət edirlər. Lakin televiziyalarda yayımlanan filmlərdə, seriallarda və s. tütün məmulatları və spirtli içkilərin istifadə olunduğu səhnələr yer alır. Yayımçılara çəkilən yeni efir materiallarında, seriallarda, həmçinin filmlərdə də bu məqamlara diqqət yetirilməsi ilə bağlı tövsiyələr verilib. Yayımçılar əsasən, bu tövsiyələrə əməl etməyə çalışırlar. Lakin həm sovet dövründə, həm də xaricdə istehsal olunan filmlərdə bu cür hallara rast gəlinir ki, bunun da günahkarı kanallar deyil və yayımçıya belə səhnələrə görə ciddi irad tuta bilmirik. Bununla belə, yayımçılar istəsələr, mozaikadan istifadə etməklə həmin səhnələri bağlaya bilərlər".

T.Dadaşov əlavə edib ki, seriallarda, filmlərdə yol hərəkəti qaydalarının pozulması ilə bağlı da yayımçılara tövsiyələr verilib.

Onun sözlərinə görə, hazırda bu sahədə də nöqsanlar əvvəlki qədər kütləvi deyil.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar