Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həyatınızda çox şey dəyişəcək - Günün qoroskopu

Tarix: 29-06-2017 07:05     Baxış: 4259 A- / A+
Həyatınızda çox şey dəyişəcək


Qoç - bu gün qulaqlarınızı şəkləyin. Başqalarının nöqteyi-nəzərini dinləyib qəbul etsəniz, bir çox işlərinizdə qabağa gedə biləcəksiniz.

Buğa - müəyyən adətlərə həddən artıq bağlı mühafizəkar insanlarla problemləriniz ola bilər. Yenilikləri açıq ürək və həvəslə qəbul etdiyinizdən sizi "inqilabçı" hesab edəcəklər.

Əkizlər - çox uğurlu gündür, belə olacağını heç gözləmirdiniz. Hətta əlahiddə bir planınız olmasa da, həmin əlahiddə hadisə özü baş verəcək. Palanlaşdırdığınız işlər isə yağ kimi gedəcək. Əsas odur ki, tələsməyəsiniz.

Xərçəng - əməyinizin bəhrəsiylə bölüşün, sonra ikiqat əvəzini alacaqsınız. Bu gün elə hadisələr baş verəcək ki, onlar sonradan bütün həyatınızı dəyişmək iqtidarındadır: təsadüfi tanışlıq ciddi münasibətlərin, zarafatyana söhbət isə karyerada irəliləyişin başlanğıcı olacaq.

Şir - çox çalışırsınız ki, yaxınlarınızı qayğıyla əhatə edəsiniz. Ancaq təəssüf ki, bunun üçün düzgün vasitələr seçmirsiz. Heç boynunuzdan atmayın, istəsəniz də, istəməsəniz də, bu gün qabasınız, düzdür, bunda sizin bir günahınız yoxdur.

Qız - dəyərli hesab etdiyiniz adam, sizin fikrinizcə, bu gün özünü bir az qəribə aparır, sanki soyuyub. Tələsməyin. Mübahisə etməyə çalışmayın, zarafata üçstünlük verin, bax onda hər şey yaxşı olacaq.

Tərəzi - düz yolla irəlilədiyinizi adınız kimi bilirsiniz. Təəssüf ki, bu sizi sevindirmir. Tam fərqli arzularınız var. Amma özünüz özünüzə düşmənsiniz sanki, niyə bu istəklərinizi yersiz və uğursuz hesab edirsiniz?

Əqrəb - planlarınız və istəkləriniz az deyil. Onları gerçəkləşdirməyin əsl zamanıdır. Bu günü xoş etmək yalnız sizin öz əlinizdədir. Sevdiyiniz insana kiçik də olsa, hədiyyə edin. Görəcəksiniz, həyatınızda çox şey dəyişəcək.

Oxatan - səhər tərs ayağınızdan duracağınız bəllidir. Günün ortasında bir az sakitləşməyə çalışın, çünki günün bu vaxtında emosiyalarınız sizdən əl çəkəcək. Axşama doğru əhvalınız durulacaq.

Oğlaq - dost münasibətləri qurmaq üçün əla gündür. Bu gün olanlara elə də əhəmiyyət verməyəcəksiz, bu isə mənəvi rahatlığınız üçün heç də pis deyil.

Dolça - istədiyiniz bir çox şeyə nail olacaqsınız, sadəcə, pis odur ki, uğur yalnız xırda məsələlərdə sizə yardımçı olacaq. Xoşbəxtlikdən, aza qane olaraq sevinməyə imkan tapacaqsız.

Balıqlar - elmi yanaşma tələb edən bir çox məsələləri həll etmək üçün bu gün uğurlu gündür. Fantaziyanız bu gün "üstünü örtüb yatıb". Daha çox tapdalanmış cığırlarla getmək istəyəcəksiniz, odur ki, hansısa dizayn, yaxud da imic dəyişikliyi arzunuzu qatlayıb qoyun bir kənara.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar