Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Toxunsanız oyanacaq - 500 ildir yatan qız - İnanılmaz fotolar

Tarix: 28-06-2017 12:35     Baxış: 32 081 A- / A+
Toxunsanız oyanacaq - 500 ildir yatan qız


Yüz illərlə heç zədələnmədən günümüzə qədər gəlmiş insan bədənləri xəbərlərinə tez-tez rast gəlirik. Bunların içində bir qız var ki, əsrlərə meydan oxuyan bədəni hələ də canlıymış kimi durur.

Manevr.az xarici mediaya istinadla xəbər verir ki, 500 ildir qız sanki sonsuz bir yuxunun içindədir.
Əsrlər boyu demək olar ki, heç çürümədən günümüzə qədər gəlib çatmış olan qızın bədəni görənləri heyrət içərisində buraxır.

500 ildir yatan bu qız, 1999-ci ildə Çili və Argentina sərhədində yerləşən Llullaillaco dağında tapılan donmuş üç uşaq bədənindən biridir. “Llullaillaconun uşaqları” adlandırılan iki qız, bir oğlan - bu üç uşaq İnkaların Capacocha ritualı çərçivəsində allaha təqdim etmək adına qurban olaraq seçiliblər.

Bu rituala uşaqların seçilməsinin səbəbi də inkaların uşaqları hər cür pislikdən uzaq və günahsız yəni qüsursuz insanı təmsil etdiklərini düşünməsindən qaynaqlanır. Həmçinin qurban olaraq seçiləcək uşaqların tanrılarla birlikdə yaşayacaqlarına və beləliklə, ölümsüz olacaqlarına inanırdılar. Bədəni üzərində aparılan araşdırmalarda qızın uzun bir müddət çox yaxşı şəkildə qidalanmış olduğu hətta bu səbəblə kilo aldığı aydın olur. Ölmədən əvvəl də qurudulmuş lama əti kimi yalnız zəngin insanların yediyi qidalar yediyi müəyyənləşdirilib. Misir pivəsi və kokain də qızın bədənində olan tapıntılar arasındadır.

15 yaşında olduğu və yuxuda öldüyü təsbit edilən bu qıza "La Doncella (Qız)" adı verilib. Çünki bu qurban edilən qızın Keçua dilində "Günəşin Qızları" mənasını verən seçilmiş qadınların yaratdığı Aklya Konadan olduğu güman edilir. Bu rahibələr qabiliyyətləri və gözəlliklərinə görə kəndli qızlarından seçilirdi. 6-10 yaşları arasında ailələrindən alınıb illərlə məbədlərə çəkilirdilər. Və zamanı gələndə də imperatorların və ya kübarların həyat yoldaşı olur, ya da mərasimlərdə qurban edilirdilər. Yaxşıca keyləşdirdiklərindən əmin olduqdan sonra bir İnka keşişi tərəfindən boğularaq, başa zərbə vurularaq öldürülür və donmağa buraxılırdılar.

Qurban ediləndə 6 yaşında olduğu anlaşılan kiçik qıza isə "La nia del rayo (İldırım Qız)" adı verilib.
Çünki üzündə və kürəyinin bir qismində ölümündən sonra meydana gələn ildırım vurması nəticəsində yanıq zədə yaranmışdı. Geyimlərində qan izlərinə rast gəlinən uşağın çətin bir proses sonrası öldüyü güman edilir. (Moderator.az )

Toxunsanız oyanacaq - 500 ildir yatan qız
Toxunsanız oyanacaq - 500 ildir yatan qız
Toxunsanız oyanacaq - 500 ildir yatan qız
Toxunsanız oyanacaq - 500 ildir yatan qız
Toxunsanız oyanacaq - 500 ildir yatan qız


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar