Xəbər lenti
Bayram bazarında narkotik satan şəxs tutuldu

Zaqatalada təşkil olunmuş bayram bazarında külli miqdarda narkotik vasitəni satmaq istəyən Şəki rayon sakini həbs edilib.
Manevr.az Apa-ya istinadən xəbər verir ki, iyunun 25-də Zaqatalanın Əliabad qəsəbəsi ərazisində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun kənarındakı bazarda Ramazan ayının sona çatması ilə bağlı təşkil edilmiş bayram bazarında 1958-ci il təvəllüdlü Şəki rayon İnçə kənd sakini Osman Rəcəb oğlu Salamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun əlindəki idman çantasına baxış zamanı çantanın içərisində narkotik vasitə hesab olunan 5 kq 565 qr qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Osman Salamov ilkin ifadəsində Qax rayon ərazisində yabanı halda bitmiş çətənə kolları bitkilərindən toplayaraq qurutduğu marixuananı gözünü müalicə etdirmək üçün satmaq istədiyini bildirib.
Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 234.4.3 maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar