Xəbər lenti
Səlim Müslümovla Ucarın icra başçısı əlbir olub şəhid ailəsini evsiz qoyub - Foto
Ucar rayon Ramal kənd sakini, Məmmədov Fikrət Həbi oğlu yerli məmurların biganəliyindən şikayətçidir
Manevr.az ulus.az-a istinadən xəbər verir ki, onun oğlu Etimad Məmmədov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edib və 1994-cü ildə şəhid olub. O, ailəli idi, 2 övladı var.
Fikrət Məmmədov onun himayəsində olan şəhidin övladı, nəvəsi Ehtiramı evləndirmək istəyir. Ancaq evlərinin olmamasına görə arzusunu yerinə yetirə bilmir.
Fikrət Məmmədov Zərdab rayonunda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbulunda olub, ondan növbədən kənar mənzil tikintisinin təmin edilməsinə köməklik etməsini xahiş edib.
Nazir isə bildirib ki, Ucar Rayon İcra Hakimiyyətinin başçısı buna görə ona məktub yazsın, məmuniyyətlə təmin edərlər.
Ucar Rayon İcra Hakimiyətinin başçısı Mənsur Məmmədov ilk olaraq belə bir məktubun yazılmasına razılıq versə də, sonradan bunun qanunsuz olmasını əsas gətirib və rədd cavabını verib. Bu səbəbdən də şəhid ailəsi evsiz qalıb.
Ulus.Az xəbər verir ki, son vaxtlar məmurların şəhid ailələrinə, məcburi köçkünlərə qarşı biganəliyi artıb. Dövlət tərəfindən, prezidentdən köçkünlərə, Qarabağ qazilərinə şəhid ailələrinə dəstək olsa da, məmurlar və nazirlər problem yaradırlar.
Nazir S.Müslüovla icra başçısı M.Məmmədov üçün şəhid ailəsini evlə təmin etmək çətin deyil. Ancaq laqeydlik göstərirlər, bir-birinin üzərinə məsuliyyət qoyurlar.
Nazir başçıdan məktub tələb edir, başçı isə nazirə yazmağı qanunsuzluq sayır. Və bunların heç birinin əsası yoxdur.
Ucarda şəhid ailələrinin mənzil problem bir deyil, beş deyil əslində. Dəfələrlə müxtəlif şikayətlər mətbuatda çap edilib. Ucar rayon icra başçısı, adı tez-tez mətbuatda hallanan Mənsur Məmmədov üçün karyerasının finişi çatıb
Daxil olan məlumata görə, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacaq.
Mənbənin bildirdiyinə görə, nazirin yaxın ətrafı iqtidardakı postlarından təmizlənir. Çemodan əhval-ruhiyyəsində olan Ucar rayon icra hakimi sərəncama göndəriləcəyindən xəbərdardır.
M.Məmmədov Göyçaydan Ucara icra başçısı təyin olunub və hər iki rayonun büdcəsini talamaqla məşğul olub. Onun bu rayonlarda hektarlarla ərazisi, villaları, obyektləri var.
Eks-nazir qohumunun himayəsi hesabına uzun müddət vəzifə tutmuş M.Məmmədov tunelin sonuna çatdığını görür. Z.Məmmədovdan sonra onun da yola salınacağı kifayət qədər realdır.
Məmmədov Mənsur Həmzə oğlu 20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar