Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milyonçu balasının nümunəsi: 16 yaşında “Porşe” ilə adam öldür...həbs edilmə - Dosye

Tarix: 25-06-2017 09:46     Baxış: 13517 A- / A+
Milyonçu balasının nümunəsi:


Gənc ananı öldürən milyonçu balası nəinki cəzası qaldı, həm də cəmiyyətə bir nümunə verdi: hər 14-15 yaşlı imkanlı adamın uşağı bahalı maşınla istədiyi kimi sürə bilər, kimisə öldürsə də qorxudu yoxdur, onsuz da həbs edilməyəcək

Manevr.az-ın məlumatına görə, məhkəmə Bakıda "Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb.


Sabunçu rayon Məhkəməsinin iyunun 22-də qəbul etdiyi qərarı ilə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib və o, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilib.

Beləcə, qanun, məhkəmə və milyonçu iş adamı Fizulu Fərəcov uşağı həbsdən xilas elədi. 24 yaşlı mərhum Xəyalə Məmmədovanın isə iki övladı əbədi anası qaldı.

Hadisə bu il martın 3-də baş verib. Ağaəli piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X.Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib.

Hadisənin "Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən A.Fərəcli tərəfindən törədilməsi müəyyən edilib.

Vəssalam. Bununla da, iş adamının oğlu heç bir məsuliyyətə cəlb olunmayıb, başqalarına da pis bir nümunə verib. Çünki deputat Çingiz Qənizadə də qanundakı bu boşluğu tənqid etmişdi.

Belə çıxır ki, cəzasızlıq var və adam həyatına son qoymağın bədəli sadəcə, cərimə ödəməkdir. Hətta ola bilsin ki, iş adamı külli-miqdarda qeyri-rəsmi cəzalandırılıb. Nəticə isə ondan ibarətdir ki, uşağa həbs cəzası düşməyib.

Ulus.Az-ın məlumatına görə, ilkin məlumatlarda Ağaəli Fərəclinin 14 yaşı olduğu bildirilirdi. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda A. Fərəclinin 16 yaşının olduğu açıqlanıb.

F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki ''Badu kubə'' restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq "MOHİTO" və "PARODİZ" klublarını, Novxanıdakı ''Kalyon'' restoranını tikdirib.

Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən niyə imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı.

Günah o uşaqda deyil, onu formalaşdıran valideyndə, təhsil aldığı məktəbin rəhbərliyində və müəllimlərindədir. Çox güman ki, o uşaq heç normal yazıb-oxuya da bilmir.

Hadisədən dərhal sonra 14 yaşlı Ağaəli Fərəcovun sosial şəbəkələrdəki profilindən götürülən foto və videolar, sözün əsl mənasında dəhşət saçırdı.

Məlum oldu ki, bu uşaq, 14 yaşı olmasına baxmayaraq, nəinki xeyli vaxtdır bahalı avtomobilin sükanı arxasında otururmuş, üstəlik hətta avtoxuliqanlıq da edirmiş.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar