Xəbər lenti
Uçqun zamanı faciə baş verən ailəyə - Yeni ev tikilir

Lerikdə qar uçqunu zamanı evi dağılan ailəyə yeni evin tikintisinə başlanıb.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.
Qurum rəsmisi bildirib ki, artıq evin tikintisi üçün müvafiq torpaq sahəsi ayrılıb və tikintiyə sərəncam verilib: "Nazirlər Kabineti qərar verib və Maliyyə Nazirliyi tikinti üçün vəsait ayırıb. Yeni ev Lerik rayonunun mərkəzi hissəsində inşa olunur. Tikinti işləri avqustun sonlarına qədər başa çatdırılacaq və sentyabr ayında ailəyə təhvil veriləcək".
H.Məlikov bildirib ki, hələlik ev sahibləri qohumlarının mənzilində məskunlaşır.
Qeyd edək ki, bu il fevralın 23-də Lerikin Orand kəndində Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar uçqununun düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar