Xəbər lenti
Astroloji proqnoz - 24 iyun
Qoç - şəxsi simpatiya və antipatiyaya böyük önəm verirsiniz. Bu isə işgüzar münasibətləri korlayır. Üstəlik, intuisiyanız dəqiq işləmir: yalançı və fırıldaqçılar xoşunuza gəlir, əsl tərəfdaş olacaq birini isə gözünüz heç tutmayacaq və onunla əməkdaşlıqdan imtina edəcəksiniz.
Buğa - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün optimal vasitələrdən istifadə edin. Ziyafətlərdən, kütləvi çıxışlardan çəkinin. Yaxşı tanıdığınız insanlarla ünsiyyət qurun.
Əkizlər - ciddisiniz, addımlarınızı ölçüb-biçirsiniz, özünüzə və ətrafınızdakılara qarşı dürüstsünüz. İş ortaqlarınız sizi etibarlı adam kimi tanıyırlar, rəhbərlik isə işinizə məsuliyyətlə yanaşdığınıza əmindir.
Xərçəng - qarışıq, mürəkkəb durumdur. Bu şəraitdən istifadə edərək əlaqələri möhkəmlətməyə və əməkdaşlığı irəlilədərək öz şərtlərinizi diktə etməyə çalışın. Şəxsi həyatınızda da müsbət tendensiyaların təsiri güclüdür.
Şir - yaxınlarınız fikirlərinizi diqqətlə dinləyir, məsləhətlərinizə həvəslə əməl edirlər. Bütün ailənizin həyatına təsir edəcək böyük bir layihənin (ev tikintisi, emiqrasiyaya hazırlıq) icrasına başlaya bilərsiniz.
Qız - günün emosional fonu sabit deyil. Tez-tez qüssələnir, darıxırsınız. Sonra da bu haldan çıxmaq üçün xeyli güc sərf edirsiniz. Xoşbəxtlikdən, yanınzda sizin əhvalınızı qaldırmaq qabiliyyətinə malik insanlar var. Ancaq onların da gücü tükənməz deyil.
Tərəzi - işdə diqqətinizi cəmləmək çətindir. Amma sizə mürəkkəb, maraqlı və yaradıcı yanaşma tələb edən məsələlərin həllini həvalə etsələr, vəziyyət dəyişəcək. İmkan varsa, monoton, rutin işləri başqalarına tapşırın. İmicinizdə eksperiment edə bilərsiniz, geyim, ayaqqabı, kosmetika ala bilərsiniz.
Əqrəb - qeyri-standart metodlardan istifadə edərək uğurlar qazana bilərsiniz. Sizin qərarlarınız uğurlu olduğu kimi, orijinaldır. İş ortaqlarınızla münasibətləri düzəldə, artıq hamını təngə gətirmiş uzun müddət sürən rəqabəti durdura bilərsiniz.
Oxatan - Uzun müddət sizə irəliləməyə, karyeranızda uğur qazanmanıza mane olan insan, gözlənilmədən sizin tərəfinizə keçəcək. Kənar müdaxilələrə imkan verməyin.
Oğlaq - evdə xırda anlaşılmazlıqlar yaranır. Amma onları ürəyinizə salmırsınız. Deməli, mübahisələrdən qorxmamaq olar. Uzaq qohumlarınızın könlünə sizinlə görüşmək düşə bilər, odur ki, qonaq gözləyin.
Dolça - günün birinci yarısı fikir ayrılıqları və mübahisələrə sərf olunacaq. Peşəkar diskussiya və işgüzar məsələlərin müzakirəsi bəzən təhqirlə müşayiət olunan şəxsi münasibətlərin aydınlaşdırılmasına çevrilir.
Balıqlar - insanlar bir-birlərinə qarşı elə tələblər irəli sürürlər ki, onları yerinə yetirmək namümkündür. Bu həm evdə, həm işdə problemlər yaradır. Ciddi savaş yarana bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar