Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kişini bu həddə çatdırmayın! – Seksopatoloqdan qadınlara məsləhət

Tarix: 23-06-2017 22:57     Baxış: 5368 A- / A+
Kişini bu həddə çatdırmayın!

Manevr.az ailem.az-a istinadən androloq-seksopatoloq Orxan Ağabəyovun hamiləliyin planlaşdırılması zamanı kişinin potensiyasının aşağı düşməsi haqda məqaləsini təqdim edir.

Hətta bəzən yarım il davam edən hamiləliyin planlaşdırılması zamanı tərəf müqabillərin intim həyatlarında bəzi problemlər ortaya çıxır. Bir qayda olaraq, qadınlar fikir verib görürlər ki, ya kişilər fiziki təmasdan qaçırlar, onlarda ereksiya zəifləyir, qismən itir, ya da seksual cəlbetməyə laqeyd olurlar. Ən pisi odur ki, kişi baş verənlər haqqında açıq danışmır, qadın üçün fantaziyalar və müxtəlif növ düşüncələr üçün sahə buraxır. Onlardan da bir çoxu əminliklə düşünməyə başlayır ki, kişi onlara xəyanət edir, uşaq istəmir, onu artıq əvvəlki kimi cazibədar hesab etmir və s. Axı bu qədər təəccüblü davranışın sirri nədədir?

Məlum olur ki, hər şey psixologiya ilə əlaqədardı. Qadınlara elə gəlir ki, gələcək nəslin törənməsindən ancaq onlar məsuliyyətlidirlər və kişilərin buna heç bir aidiyyatı yoxdur. Bəziləri hesab edir ki, qadınların payına ən mürəkkəb olan hissə düşür: bazal hərarətin ölçülməsi, ovulyasiyanın izlənilməsi, vitaminlərin qəbulu və s. Kişilərin isə bəxti gətirib – “öz işini gördün”, “get, kef elə”, “hələ bu zaman həzz də alırlar!” Lakin bu cür fikirlər, əslində, olduqca böyük bir yanlışlıqdır. Kişilər uşağın təməlinin qoyulmasına çox məsuliyyətli yanaşırlar, bu, onlar üçün çox mühüm bir addımdır. Buna görə də yarım il keçir, heç bir nəticə hasil olmadıqda onlar əsəbləşməyə, narahatçılıq keçirməyə başlayırlar. Əlbəttə, bu, kənardan sezilməyə bilər, həm də öz emosiyalarını laqeydlik pərdəsi altında gizlətmək xüsusiyyəti bütün kişilərə xasdır.

Amma necə də olsa, gələcək atanın orqanizmi böyük bir gərginlik keçirir ki, bu da cinsiyyət orqanının funksiyasının müvəqqəti olaraq pozulması ilə nəticələnir. Bəzi kişilər cəsarətlə bu problemlər barəsində narahatçılıqlarını həyat yoldaşı ilə bölüşür, əsas kütlə isə “öz sifətini qorumaq” üçün seksdən və intim söhbətdən qaçır. Hərdən vəziyyət daha da gərginləşir ki, qadın kişiyə güclü təzyiqlər etməyə başlayır, hərfi mənada seks tələb edir, inanır ki, cinsi aktlar nə qədər tez-tez olarsa, hamilə qalmaq şansı da bir o qədər yüksək olacaqdır. Belə israr tərəf müqabilini qorxudur, daha böyük stressin yaranmasına səbəb olur.

Kişiyə necə kömək etmək olar?

Əgər bütün yuxarıda sadalanan əlamətlər – seksdən imtina, hamiləliyin təməlinin qoyulması barədə danışmaqdan yan qaçmaq, qapalılıq, ereksiyanın zəifləməsi və s. mövcuddursa, kişiyə necə kömək edə bilmək barəsində düşünmək lazımdır. Əlbəttə, dərhal həkimə də müraciət etmək olar, lakin ən yaxşısı stressi yaradan səbəblərin aradan qaldırılmasından başlamaqdır.


Səmimi söhbət zamanı qadın kişini nəyin narahat etdiyini, onun narahatçılıqlarının mənbəyini tapmalıdır. Onun vəziyyətini başa düşməyə, sakitləşdirməyə və dəstəkləməyə çalışın. Əgər kişi hər şeyi öz içində saxlamağa çalışırsa, bu hüququ ona buraxın. Əslində, onun belə hərəkətlər etməsinin səbəbləri aydındır, buna görə vəziyyəti daha da dərinləşdirməyin. Bütün görkəminizlə göstərin ki, siz hamiləliyin planlaşdırılmasına asan və məcburiyyətsiz yanaşırsınız, optimist əhval-ruhiyyədəsiniz və s.

Kişilərlə aparılan açıq söhbətlər göstərir ki, onları bu vəziyyətə daha çox özlərinin israrla uşaq istəmələri, uğursuzluqlardan həyəcan keçirmələri, səbirsizlikləri ilə məhz qadınlar gətirib çıxarırlar. Ovulyasiya və uşağın təməlinin qoyulması haqqında sonsuz söhbətlər kişini gərginləşdirir, onlar da bacardıqları qədər bu söhbətlərdən qaçırlar. Buna görə də deyinməyi və uzun-uzadı danışmağı yığışdırın, hərarət ölçənlə və testlə o yan-bu yana qaçmayın. Qoy hər şey öz axarı ilə getsin, özünüzü pozitivə kökləyin. Və belə olanda tezliklə sevgili insanınız yenə də sərbəstləşəcək və sizinlə yaxınlıq istəyəcək, bu halda bütün intim problemlər də aradan qalxacaq. Uğurlar!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar