Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bürclər – 23 İYUN

Tarix: 23-06-2017 10:43     Baxış: 3289 A- / A+
Bürclər


Qoç – sizi əhatə edən insanlara qarşı diqqətli olun: onların arasında həm dost, həm tərəfdaş, həm də köməkçi tapa bilərsiniz. Romantik münasibətlərin başlanması üçün gün heç də münasib deyil, burada bəxtiniz gətirmir.

Buğa – problemlərdən qaçmağa çox çalışırsınız, amma həmişə alınmır. Nə qədər dostluq, mehribanlıq göstərsəniz, adamları dilə tutmağa cəhd etsəniz də mütləq sizdən narazı birisi peyda olacaq. Maliyyə çətinlikləri mümkündür. Boşuna pul xərcləmək riski böyükdür.

Əkizlər – xoşbəxtlikdən, yaxınlarınız sizə dəstək olur, problemlərinizin həlli üçün öz vaxtlarından keçir, xoş sözlər söyləyirlər. Axşam ehtiyacı olanlara qayğı göstərin: bu cür davranış sizə mənəvi rahatlıq gətirəcək.

Xərçəng – diqqətli və ehtiyalı olun ki, gününüz uğurlu keçsin. Əlbəttə, hər şeydən qorxub çəkinməyə dəyməz, amma öz hərəkətlərinizin nəticəsi barədə fikirləşmək və geriyə addım atmaq üçün yer saxlamaq vacibdir. İctimai və siyasi fəaliyyətdə uğurlarınız mümkündür. Enerjiniz çoxdur, işgüzarsınız və çoxlarına kömək edə bilərsiniz.

Şir – emosional cəhətdən çox gərgindir. Çox həssas Şirlər təzadlı hisslər yaşayacaqlar. Ailədə münaqişələr mümkündür. Siz bütün gücünüzü sərf edəcəksiniz ki, münasibətləri düzəldəsiniz.

Qız – çalışın günün birinci yarısından maksimum istifadə edib, işlərinizin əksəriyyətini bu vaxta salasınız. Çoxdankı rəqibinizə güc gələ, yığılıb qalmış problemlərin asan həllini tapa biləcəksiniz.

Tərəzi – tələsməyin, soyuqqanlı davranın. Peşəkar nüfuzunuz artır, çox az adam sizinlə mübahisəyə ürək edir, bu isə çox gözəldir: onsuz da açıq-aydın olanları kiməsə sübut etməyə gərək qalmır.

Əqrəb – gün pis deyil, amma tamamilə başqa xarakter daşıyır. İstirahət edə, dostlarınızla görüşə, gəzintiyə çıxa, ürəyinizə yatan işlə məşğul ola bilərsiniz. Sizi qıcıqlandıran nə varsa, hamısından imtina edin.

Oxatan – qonaq qəbulu, ailə şənliklərinin təşkili üçün gün münasibdir. Sizə dəyərli olan birinin rəğbətini qazanmaq asandır, çünki mehriban və səmimisiniz.

Oğlaq – uğur əldə etmək istəyirsinizsə, intizamlı olun. Əgər tənbəllik edib, faydalı işləri həvəslərə qurban versəniz, çətin ki, dəyərli bir nəticə əldə edəsiniz . Daha yüksək nəticə qazanmaq şansınız isə bu gün yüksəkdir.

Dolça – həm işgüzar, həm şəxsi həyatda yeni münasibətlərə başlamaq olar. Amma unutmayın ki, bu münasibətlər həmişə rəvan olmaya, partnyorunuz hər zaman sizin istədiyiniz kimi davranmaya bilər. Cüzi məişət problemləri ciddi mənfi emosiyaların yaranmasına səbəb ola bilər.

Balıqlar – ətrafınızda qadlınlar üstünlük təşkil edirsə, gününüz xüsusilə xoş keçəcək. Onlarla siz əla yola gedirsiniz. Yeni layihələr ortaya çıxır, öz işinizə marağınız artır və onu daha da yaxşılaşdırırsınız.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar