Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 6 minədək müsəlman dinini dəyişib

Tarix: 23-06-2017 10:34     Baxış: 4254 A- / A+
Azərbaycanda 6 minədək müsəlman dinini dəyişib


Bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə qeyri-müsəlmanlar təşkil etdiyini deyib. Hamıya maraqlı olan bu statistikanın necə müəyyənləşməsidir. Məsələn, qonşu Türkiyədə şəxsiyyət vəsiqələrində insanların dini qeyd olunur. Ancaq bizdə şəxsiyyət vəsiqəsində belə qeyd olmadığı üçün əhalinin neçə faizinin hansı dinə mənsub olduğu barədə statistik rəqəmlərin verilməsi “bu statistika necə hesablanır?” sualını ortaya çıxarır.

Məsələ ilə bağlı danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda dini mənsubiyyətlə bağlı rəsmi statistika aparılmır.

“Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təxmini hesablamalarına görə, ölkə əhalisinin təxminən 96 faizi müsəlmandır. Müsəlmanların isə təxminən 60-65 faizi şiə, 30-35 faizi sünni məzhəbindəndir. Bütün bunlar təxmini hesablamalardır.
Burada Azərbaycanda yaşayan xalqların sayı nəzərə alınır. Məsələn, Azərbaycanda ruslar, ukraynalılar, belaruslar, eyni zamanda udinlər, gürcü pravoslavlar yaşayır. Bunların ümumi sayı müəyyənləşdirilir və gəldiyimiz qənaətə görə, Azərbaycanda əhalinin 96 faizini müsəlmanlar təşkil edir. Qakan hissəni xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri təşkil edir. Azərbaycanda həm gürcü, həm dağ yəhudiləri, həm də Avropa yəhudiləri var. Bunlarında sayını hesablamaqla da digər din mənsublarının təxmini sayı nəzərə alınır.
Bbir daha qeyd edirəm ki, əhalinin hansı dinə mənsub olmağı ilə bağlı rəsmi statistika aparılmır, sadəcə təxmini hesablama aparılır”.


“Dinini dəyişənlərlə bağlı təxmini araşdırma aparılıb”

Gündüz İsmayılov deyib ki, Azərbaycanda dinini dəyişmə halları da var.

“Amma onu deyim ki, Azərbaycanda dinini kütləvi halda dəyişmə yoxdur. Buna çox az hallarda rast gəlinir. Dinini dəyişmə çox nadir hallarda olduğu üçün, bununla bağlı hər hansı statistikaya ehtiyac olmur. Bu istiqamətdə də təxmini araşdırma aparılıb. Qeyri-ənənəvi xristian sektalarına qoşulanların sayı 6000-dən çox olmayıb”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar