Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Başqasının parolunu qıranları 15 il həbs gözləyir - "Facebook", “WhatsApp”

Tarix: 22-06-2017 11:48     Baxış: 3283 A- / A+
Başqasının parolunu qıranları 15 il həbs gözləyir


Texnikanın inkişafı bu gün bizim istənilən məlumatı, o cümlədən şəxsi informasiyaları asanlıqla əldə etməyimizə imkan yaradır.

Kiminsə “WhatsApp” yazışmalarını, eləcə də “Facebook” parolunu ələ keçirmək heç də çətin məsələ deyil. Bir proqram, yaxud da İT mütəxəssisi bu planları həyata keçirməyimizə kömək edir. Bəs, bu əməllərə görə bizi hansısa məsuliyyət gözləyirmi?


Mövzu ilə bağlı hüquqşünas Xəyal Bəşirov bildirdi ki, şəxsi hesabı qırıb, oradakı məlumatları şantaj məqsədilə istifadə edən şəxsi həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir:

““Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda tələblərin pozulması inzibati xətadır. Buna görə həmin şəxsi 300 AZN-dən 500 AZN-dək cərimə gözləyir. Həmin məlumat vasitəsilə şəxsə hədə-qorxu gələn şəxsləri isə cinayət məsuliyyəti gözləyir. Bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə (hədə-qorxu ilə tələb etmə) aiddir. O maddə 3 hissədən ibarətdir. Birinci hissədə ilk dəfə törədən şəxslərə 3 ildən 5 ilə qədər, ikinci hissədə 5 ildən 10 ilədək, üçüncü hissədə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulub. Ümumilikdə, şəxsi məlumatları oğurlayıb, şəxsi hədə-qorxu edən şəxsləri bu şəxsləri 3 ildən 15 ilədək həbs gözləyir”.

Hüquqşunas qeyd etdi ki, şəxsi məlumatı ələ keçirən, lakin başqa bir məqsədlə istifadə etməyən şəxsləri isə heç bir məsuliyyət gözləmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar