Xəbər lenti
Aydın Bəşirova vəzifə verildi - O KƏMALƏDDİN HEYDƏROVUN KÖMƏKÇİSİ TƏYİN OLUNDU
Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi təyin olunub.
Manevr.az xəbər verir ki, məlumatı nazirlikdən modern.az-a Aydın Bəşirovla bağlı təyinatı təsdiqləyiblər.
Qeyd edək ki, Aydın Bəşirov 1994-cü il 19 avqust tarixindən 2013-cü ilin sonlarına kimi Xəzər Dəniz Gəmiçiliyi kimi strateji qurumun rəisi işləyib.
2013-cü il oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Həmin sərəncam əsasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilib və onların bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Dövlət başçısının digər sərəncamı ilə Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Aydın Bəşirov isə vəzifəsindən uzaqlaşdırılıb.
Hamının 70 yaşlı Aydın Bəşirovun təqaüddə olduğunu güman etdiyi bir vaxtda, ona yeni vəzifə verilməsi cəmiyyətdə təəccüblə qarşılanıb.
Xatırladaq ki, Aydın Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub, Bakı dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Prezidentin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2003-cü il 4 iyul tarixində ölkə başçısının fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub. 1999-cu ildə IV Beynəlxalq müsabiqədə “Nəqliyyatda ilin adamı” adına layiq görülüb.
2013-cü il oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsindən azad edilib.
Qeyd edək ki, Aydın Bəşirovla bağlı yeni xəbəri öncə AFN yayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar