Xəbər lenti
"Hamısı Bakıda doğulub, belə getsə Bakıda da qalacaqlar..." - Didərginlərin də günü olurmuş...

Faciə iyirmi il davam eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur!
Erix Mariya Remark
Toydan evə gələn bəy tez notebooku yandırıb toya gəlməyənləri Facebookda dost siyahısından siləndə, gəlin elə telefondan Facebookda nişanlı statusunu evliyə çevirib üstəlik də yeni ünvanında özünü və hələ əri olmağa fürsət tapmamış oğlanı işarələyəndə, qızın valideynləri “üstümüzdən dağ götürüldü” düşüncəsi ilə toydan qalan pulla tezliklə qurban kəsəcəklərini əhd edəndə, oğlanın valideynləri “yaxşı ki, ziyana düşmədik, xeyri cəhənnəm” deyib sevinəndə, o düşünürdü:

- Əyin-başını düzəldəndən sonra toylarda lap “Bakılı balasıyam” da oynamaq olarmış! Niyə də yox e? Şəhərlilərin qabağına hər şeydə doqquz qoyaram. Hardan olduğumu hamı çoxdan unudub onsuz da, lap qohumlar da. Evim, işim, dostlarım, qohumlarım... Əskik olan bircə qəbirlərimiz idi, bu onilliklərdə o əskik də tamamlandı... Vaxtsız, qapılarda, qəzalardan ölənlərimizin dərdi evində qocalıb ölənlərimizi unutdurdu... Əvvəllər bu mahnı heç sümüyümə düşmürdü, amma indi elə bilirəm balalarıma oxuyurlar. Yazıq uşaqlar toylarda “Bakıda doğulmuşam, Bakıda qalasıyam” oxuyub-oynayanda nahaqdan üstlərinə acıqlanıb, ürəklərini sındırırdıq. Düz deyirlər, hamısı Bakıda doğulub, belə getsə Bakıda da qalacaqlar...(kulis.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar