Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda köhnə avtomobillər 40 faiz bahalaşdı

Tarix: 20-06-2017 17:08     Baxış: 3372 A- / A+
Azərbaycanda köhnə avtomobillər


Avtomobil bazarında manatla satılan maşınların qiymətində ciddi artım müşahidə olunur.

Metbuat.az xəbər verir ki, modelindən və markasından asılı olaraq avtomobillərin qiyməti 30-40% artıb:

“Vəziyyət acınacaqlıdır. Həftə ərzində 1 avtomobil sata bilsək, Allaha şükr edirik. İcarə haqqı da yüksəkdir. Alıcılar demək olar ki, gözə dəymir. Camaatda pul yoxdur. Yalnız həftənin bazar günü burda canlanma müşahidə etmək olar. Elə satıcılar var ki, səhər saat 9-dan axşam 7-yə qədər "bəlkə bir avtomobil sataram" ümidi ilə alıcı gözləyir”, -deyə satıcılardan biri bildirib.

"Avtomobillərin qiymətindəki ciddi artımın ilk səbəbi mövsümi xarakterlə bağlıdır".

Manevr.az bildirir ki, bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

“Söhbət qiymətin manatla bahalaşmasından gedir. Avtomobillərin qiymətindəki ciddi artımın ilk səbəbi mövsümi xarakterlə bağlıdır. Yay mövsümündə canlanma müşahidə olunur. Digər səbəb isə xaricdən gələn avtomobillərə müəyyən məhdudiyyətlər qoyulmasıdır. 2005-ci ildən aşağı istehsalı olan Avropa istehsallı avtomobillər Azərbaycana buraxılmır. Bu da köhnə Avropa avtomobillərinin qiymətinə təsir göstərir. Çünki daha az avtomobil Azərbaycana daxil olmağa başlayıb. Yaponiya, Koreyanın 2011-ci ildən aşağı istehsalı olan avtomobillər də ölkəyə buraxılmır. Yəni, onlar standartlara uyğun gəlmir. Bu da həmin kateqoriyaya aid olan avtomobillərin qiymətinin artmasına səbəb olan əsas amillərdən birinə çevrilib. Görünən odur ki, ən azından Gürcüstandan gətirilən avtomobillərin sayında artım müşahidə olunmağa başlayıb. Ötən ilə nisbətən, bu il Gürcüstandan Azərbaycana 2 dəfədən çox avtomobil gətirilib. Bu onu deməyə əsas verir ki, bu sahədə müəyyən canlanma müşahidə olunmağa başlayıb. Amma 2017-ci ilin göstəriciləri ilə 2012-ci ilin göstəricilərini müqayisə etsək, fərq böyükdür. 2012-ci ildə Gürcüstandan ölkəyə 80 mindən yuxarı avtomobil daxil olmuşdu. Bu ilin ilk 5 ayında isə ölkəyə daxil olan avtomobillərin sayı heç 1000-ə çatmır”.

Azərbaycanda köhnə avtomobillər


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar