Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Avtobuslarda və metroda gediş haqqı bahalaşır

Tarix: 04-08-2016 16:11     Baxış: 3494 A- / A+
Avtobuslarda və metroda gediş haqqı bahalaşır
Manevr.az

Sentyabr ayının 1-dən Bakıda altı marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək

“Trend”in məlumatına görə, bu barədə “Xaliq Faiqoğlu” şirkətinin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fizuli Sadıqov deyib.

Onun sözlərinə görə, bu sistem 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrutlar üzrə hərəkət edən 130 avtobusu əhatə edəcək.

F.Sadıqov bildirib ki, avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşır. Bununla yanaşı, avtobuslarda müşahidə kameraları quraşdırılır.

F.Sadıqov əlavə edib ki, cihazların quraşdırılması başa çatdıqdan sonra gediş haqqı metroda və “BakuBus” MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək.

Yuxarıda qeyd olunan 6 marşrut “Xaliq Faiqoğlu” şirkəti tərəfindən istismar olunur.

Azadlıqa daxil olan məlumatda isə deyilir ki, avtobuslara nağdsız ödənişin tətbiq edilməsi prosesinin sürətləndirilməsi gediş haqlarının artırmaq niyyətindən irəli gəlir. Hələ elektrik enerjisi bahalaşanda belə məlumat yayılmışdı ki, metroda da gediş haqları artacaq. Bu xəbər təsdiq olunmasa da, əsassız deyildi. Məlumatda deyilir ki, hökumət metro və avtobuslarda gediş haqlarını eyni vaxtda qaldırmaq istəyir. Bu zaman kart sistemi əsas gətiriləcək. Yəni, bu sistem tam tətbiq ediləcəyi təqdirdə yalnız avtobuslarda, yaxud yalnız metroda qiymətin artırılması mümkün olmayacaq. Kart sistemi tətbiq olunduğu üçün artım hər iki nəqliyyat növündə baş verməlidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar