Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Məni yad kişilərə satmaq istəyirdi" - Məhkəmədə tarixi sözlər / FOTOLAR

Tarix: 19-06-2017 16:36     Baxış: 5676 A- / A+
"Məni yad kişilərə satmaq istəyirdi" -


Onu yad kişilərə satmaq istəyən həyat yoldaşını öldürən türkiyəli Çiləm Doğan məhkəmədəki çıxışı ilə tarix yazıb.

Manevr.az metbuat.az-a istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan türkiyəli Çiləm Doğan deyib: "Bu məhkəmə dəhlizlərində üzüm-gözüm qaralmış şəkildə çox dolaşdım ki, məni qorusunlar. Başqa bir seçimim yox idi. Nə yalan söyləyim, həyatda qalmağımın gizlədə bilmədiyim sevincini yaşayıram. O ölməsə, mən öləcəkdim. O, sizə məni yad kişilərə satmaq istədiyini, başqalarının qoyununa atmaq planlarını deməyəcəkdi. Mənə badımcan çox bişdi, masada çörək qırıntısı qaldı deyə dəyən yumruqları anlatmayacaqdı. Neçə dəfə xəstəxanalıq olduğumu söyləməyəcəkdi.

Çay baxçasında çəkilmiş bir fotom var. Biraz çox gülümsəmişəm. Bəlkə də sizə o fotonu göstərib deyəcəkdi ki, "Namussuz qadındır!".

Həyat yoldaşını başqa adamlara satan o deyilmiş kimi, "Namusumu təmizlədim" deyəcəkdi.

Siz onun 3-5 illə mühakimə edib, namusu kirləndi deyə günahsız görüb, çox gülümsəməyimi təhrik sayıb bağışlayacaqdınız. Amma namus mənimdir hakim bəy, bir kağıza imza atdıq deyə kimsəyə satmaram!

Qeyd edək ki, Çiləm Doğanın etirazlarını dəyərləndirən məhkəmə onu 50 min türk lirəsi müqabilində ev dustaqlığına buraxıb.

"Məni yad kişilərə satmaq istəyirdi" -
"Məni yad kişilərə satmaq istəyirdi" -


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar