Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Oruc tutmağı asanlaşdıran amerikan kəşfi – “Ramadan Bar” (VİDEO)

Tarix: 18-06-2017 09:04     Baxış: 5432 A- / A+
Oruc tutmağı asanlaşdıran amerikan kəşfi –


Bu il Amerikadakı müsəlmanlar çox böyük çətinliklə üzləşir. Ramazan yay aylarına təsadüf etdiyi üçün, onlar 16 ilə 20 saat arasında bir vaxt oruc tuturlar. Bu hal, Filadelfiyada fəaliyyət göstərən psixiatr Dr. İmran Posnerin Ramazan aylarında aclığı azaldacaq qida möhkəmlətməsi hazırlamasına səbəb olub.
Dr. İmran Posner və onun dostu Fərid Sanders iki ilə əvvəl Nyu-Yorkda “Ramadan Bar” adlı peçenye istehsal edən Fajr Foods şirkətini təsis edib.
“Bizim əsas məqsədimiz müsəlmanlara oruc tutmağa yardım etmək idi. Bu, həm iş yerindəki tələb və təzyiq səbəbilə oruc tutmağa könülsüz yanaşan, həm də oruc tutan amma bununla mücadilə aparan və çətinlik çəkən insanlara aiddir”, Dr. Posner deyir.
Peçenyedə bişməmiş qarğıdalı nişastası var ki, onu həzm etmək uzun zaman alır, bu da, oruc tutmağı asanlaşdırır və insanların saatlarla yemədikləri halda belə, daha yaxşı düşünmələrinə yardım edir. Fajr Foods “Ramadan Bar” üzərində dörd patentə sahibdir. “Ramadan Bar”-ı onlayn əldə etmək mümkündür. Peçenye bütün il boyu satışda olsa da, ən çox tələb Ramazan ayı ərəfəsində olur. “Ramadan Bar”dan hər kəs qida möhkəmlətməsi kimi istifadə edə bilər.
Hazırda təkcə şokoladlı “Ramadan Bar” mövcuddur. Amma Fajr Foods çox yaxında digər tamlarda peçenyelər istehsal etməyə başlayacağını deyir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar