Xəbər lenti
Quba gənclərinə zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihə həyata keçirilir. Layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır. Layihə çərçivəsində Quba rayonunda yeniyetmə və gənclərin iştirakı ilə maarifləndirici təlim keçirilmişdir. Təlimdə ilk öncə layihə rəhbəri Cavid Əliyev çıxış edərək layihənin məqsədi , keçirilmə səbəbi , nəzərdə tutulmuş məlumatlar barədə iştirakçılara ətraflı məlumat verərək uğurlar arzulamışdır. Daha sonra Quba rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ramin Mahmudov çıxış edərək rayon rəhbərliyi adından iştirakçıları salamlamış rayonda bu sahədə görülmüş işlər barədə ətraflı məlumat vermiş təlimin gedişatına uğurlar arzulamışdır. Rəsmilərin çıxışları yekunlaşdıqdan sonra təlimçi Vüsalə Xəlilova tərəfindən gənclərə sağlam həyat tərzi, zərərli vərdişlər mövzusunda təlim keçirilib. Təlim yekunlaşdıqdan sonra layihədən daha çox şəxsin faydalanması üçün Qubanın mərkəzi küçələrində əhali arasında layihə çərçivəsində hazırlanmış bukletlər paylanılmışdır.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar