Xəbər lenti
Yol polisinin gizli xidməti niyə ləğv olundu? - Vaqif Əsədov AÇIQLADI
Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən yeni "Yol-patrul xidməti haqqında Təlimat"a əsasən patrul və əməliyyat-xidməti nəqliyyat vasitələri ilə aparılan nəzarətin gizli və qarışıq növləri ləğv olundu. Bunadək yol polisinin mülki geyimdə maşına əyləşərək və ya kənardan izləyərək sürücü tərəfindən yol verilən pozuntuların qeydə almaq hüququ var idi. Görəsən gizli xidmət növünün ləğv olunması yol polisinin işinə necə təsir edəcək?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. V.Əsədov bu addımın yol polisinin üzərinə düşən məsuliyyəti daha da artırdığını bildirdi:
“Biz onsuz da xidmətimizi ən yüksək səviyyədə təşkil etməyə çalışırıq. Və biz hərbçiyik. Ona görə verilən qərarı müzakirə etmirik, icra edirik. Nazirlikdən belə bir qərar gəldikdən sonra gizli və qarışıq xidmət növünü yığışdırdıq. Amma bu o demək deyil ki, yol polisinin fəaliyyəti zəifləyib, əksinə bu üzərimizə düşən məsuliyyəti daha da artırıb. Demokratik bir ölkədə yaşayırıqsa, qanunlarımız da demokratik olmalıdır. Yəni bizim fəaliyyətimiz də demokratikdir”.
“Bu hal sürücülərin qayda pozuntularını artırmasında onlara sərbəstlik verməyəckmi” sualına isə V.Əsədov belə cavab verdi:
“Bu gün bütün mərkəzi və əsas yollarda kameralar və digər texniki vasitələr quraşdırılıb, hərəkətə avtomatik nəzarət imkanı var. Bu artıq sürücülərin qaydaları pozma meyilliliyinin qarşısını alır. Odur ki, bu sistem artıq öz müsbət nəticəsini göstərib və buna görə də gizli xidmətə ehtiyac qalmayıb”.gecce.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar