Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Direktor axşam məni məktəbdən çıxardı ki..." - Millət vəkilindən səmimi etiraf

Tarix: 15-06-2017 13:44     Baxış: 4333 A- / A+
"Direktor axşam məni məktəbdən çıxardı ki..." -


Dünən paytaxtın ümumi təhsil məktəblərində XI sinfi bitirən şagirdlər üçün “Son zəng” çalındı.

Manevr.az xəbər verir ki, “Son zəng”ə bağlı metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə məktəb xatirələrindən danışıb:


“1974-cü ildə Mingəçevirdə 10 nömrəli məktəbi bitirmişəm. Bizim "son zəng"imiz 25 mayda keçirilib. "Son zəngi" müəllimlərimizin bizə verdiyi tövsiyələrlə xatırlayıram. Mingəçevir Kür çayı sahilində yerləşdiyinə görə, “Son zəng” günü məktəbdən çıxıb sahildə gəzmişdik. Sonra planlarımızı bir-birimizlə bölüşmüşdük. Biz məktəb yoldaşlarımız ilə indi də görüşürük.

32 ildən sonra həmin müəllimə...

Məktəb vaxtı bizə çox maraqlı və çalışqan müəllimlər dərs deyirdi. Birinci sinif müəlliməm, Xanım müəllimə idi. Maraqlısı odur ki, 32 ildən sonra həmin müəllimə mənim oğluma dərs deyib. Başqa riyaziyyat müəllimi Musa, bədən tərbiyəsi müəllimi Qaçar, coğrafiya müəllimi Məsim, tarix müəllimi Firuzə müəllimə bizim yaddaşımızda qalan sevimli müəllimlərdir.

Direktor məni məktəbdən çıxardı...

Məktəb illərim çox maraqlı idi. Mən məktəbdə fəal şagird idim. Məktəb bizim evimizə yaxın yerləşirdi. Hətta dərsdən sonra da məktəbdə qalırdım. Bir dəfə məktəb direktoru axşam saat 5-də məni məktəbdən çıxardı ki, sən məktəbdə çox olursan. Baxmayaraq ki, mən çox əla oxuyurdum. Məktəb illərini çox xoş xatirələrlə xatırlayıram".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar