Xəbər lenti
Günlərlə anasının meyitinin yanında yatan gənc çətin durumda - Bakıda -
Dünyaya əqli cəhətdən çatışmazlıqla gələn oğlanın həyat da üzünə gülməyib. Uşaq yaşlarında atasıni itirən Ramin Eynullayev 2 ay əvvəl isə anasından məhrum olub. Oğlan özünü o dərəcədə idarə edə bilmir ki, yatmış hesab etdiyi anasının üzünü sellofanla örtüb və bir neçə gün ölən anası ilə eyni mənzildə qalıb. Hər iki valideynini itirən Ramin, indi yaşamaq üçün tək mübarizə aparır.
Manevr.az bildirir ki, günlərlə ac qalan 27 yaşlı Ramin Eynullayev ruhi cəhətdən xəstədir. Üstəlik, bir neçə ildir ki, vərəm xəstəliyindən əziyyət çəkir. Xəyyallarla dolu öz dünyası olan Raminin özü haqqında danışdıqları isə həqiqəti əsaslandırmır.
Əslində o, ailənin tək övladıdır. Uşaq yaşlarında atasını itirən oğlanın 2 ay əvvəl anası haqq dünyasına qovuşub. Əqli çatışmazlığı olan Ramin Eynullayev anasının öldüyünü anlamayıb və 14 gün ərzində onunla birlikdə yaşayıb. Görünür 79 yaşında vərəm xəstəliyindən ölən anası Solmaz Eynullayevanın yoxluğu onu çox incidir.
Qarnını qonşuların sayəsində doyuran Raminin, həm mənəvi, həm də maddi yardıma ehtiyacı var.
Anasından Raminə Bayıl qəsəbəsində yerləşən hazırda məskunlaşdığı 3 otaqlı ev qalıb. Oğlanın ruhi vəziyyəti qaydasında olmadığından özü-özünü idarə edə bilmir. Qonşular, onun ruhi əsəb dispanserində müalicə almasını istəyirlər. Onlar Raminin daşıyıcısı olduğu vərəmin dünyada ən təhlükəli infeksiyalardan hesab oedirlər və körpə uşaqlarının yoluxacağından qorxurlar. /xezerxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar