Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan məscidlərində hoqqabazlıq - QURANI başlarına qoydular - GÜNÜN FOTOSU

Tarix: 14-06-2017 14:01     Baxış: 5375 A- / A+
Azərbaycan məscidlərində hoqqabazlıq -


İyunun 13-ü Bakının əksər məscidlərində Ramazan ayının ilk Qədr gecəsi keçirilib. Sosial mediada “Fatimeyi-Zəhra” məscidində qeyd olunan Qədr gecəsindən fotolar da paylaşılıb.

Qeyd edək ki, Bakının 5 yerində eyni adda məscid mövcuddur. Lakin yazıda təqdim olunan fotoların hansı rayonda yerləşən “Fatimeyi-Zəhra” məscidindən çəkildiyi qeyd edilməyib.

Təqdim edilən fotolarda diqqət çəkən əsas məqam, Qədr gecəsinə toplaşanların başlarına kitab və ya vərəqə qoyaraq İslamda olmayan hansısa ritualı yerinə yetirmələridir. Hətta aralarında bunu selfi edənlər var: yəni kitabı başına qoyub kənardan şəklini çəkən bu şəxs kimi.
Azərbaycan məscidlərində hoqqabazlıq -



Manevr.az bildirir ki, “A24.az” bunun nə ritual olduğu aydınlaşdırmaq üçün Bakıda yerləşən bir neçə “Fatimeyi-Zəhra” məscidi ilə əlaqə saxlamağa çalışdı. Yasamalda yerləşən “Xanım Fatimeyi-Zəhra” məscidinin axundu Ramiz Tahirov bu ritualın mənasını belə izah etdi:

“Bu kitab hamımızın bildiyi, Allahın Peyğəmbərinə göndərdiyi möcüzəvi kitab Qurani-Kərimdir. Bütün dünya, bəşər bunu qəbul eləyib. Və həmin kitabı, yəni Qurani-Kərim Allah Talanın bizim üçün peyğəmbərimizə göndərdiyi əmrdir ki, “Ey insanlar, sizdən əvvəlkilərə şamil olduğu kimi, sizə də oruc tutmaq vacib oldu”. Oruc tutun, əməl edin, bəlkə xeyriniz olsun. Qurani-Kərimi başının üstünə qoymaq odur ki, Allah Talanın əmri bizim başımızın üstündədir. Hansısa bir məmur bir şey deyəndə “baş üstə” deyirik. Allah tala bütün naz-neməti, aləmləri bizim üçün yaradıb ki, istifadə edib xeyrin görün və bu qaydalarla mənə qarşı gəlin. Odur ki, Allah tərəfindən gəlmişik, Allaha da qayıdacağıq. Torpaqdan yaranmışıq, torpağa da gedəcəyik. Yəni, bir sözlə o kitabı başımıza qoymağımızın mənası odur ki, mən müsəlmanam, Allahın buyurduğu əmrləri qəbul edirəm və bacardığım qədər çalışıram ki, onun əmrlərini yerinə yetirim. Quranda da buyurulduğu kimi, bu, mənə qarşı gəlmək üçün vasitədir”.

Azərbaycan məscidlərində hoqqabazlıq -

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar