Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Avtomobilləri, cangüdənləri, işçiləri var”

Tarix: 13-06-2017 17:45     Baxış: 5297 A- / A+
“Avtomobilləri, cangüdənləri, işçiləri var”
Siyavuş Novruzov bəzi partiya və QHT-ləri hesabat verməyə çağırdı

Milli iclasında “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilib.Qanunun 14-1-ci maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməlidir.
Həmçinin əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Həmçinin müvafiq olaraq “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna da dəyişikliklər edilib. zakirəsi

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bəzi siyasi partoya və QHT-ləri tənqid edib. “Hər bir məsələnin arxasında maliyyə dayanır. Maliyyə təmnatı olduqda bir çox məsələlər öz yerinə düşür. Həm siyasi partiyaların, həm də QHT-lərin maliyyələşməsi ilə bağlı qanunlara yenidən baxılmalıdır”. O qeyd edib ki, bir sıra təşkilatlar maliyyə məsələləri barədə məlumat vermirlər. Biz siyasi partiyaların və QHT-lərin maliyyələşməsi ilə bağlı qanuna dəyişiklik etdik. Bir sıra Avropa strukturları, yerli təşkilatlar bunu başqa istiqamətə yönəltməyə çalışırdı, ancaq zaman göstərdi ki, biz düzgün addım atmışıq”.

Millət vəkili qeyd edib ki, həm siyasi partiyalar, həm də QHT-lər maliyyə mənbəyi barədə məlumat verməlidirlər:

“Bir partiya sədrinin müavininin bir ildə 41 dəfə xaricə səfər edib ölkəyə maliyyə gətirməsi sağlam məqsədə xidmət edə bilməz. Əgər düzgün fəaliyyət göstərirsənsə, niyə maliyyəni Azərbaycanda almırsan? Biz bu məsələyə yenidən baxmalıyıq. Əgər bir qurum nizamnamədən kənara çıxırsa, gətirdiyi maliyyə digər məqsədlərə xidmət edirsə, biz bununla bağlı tədbir görməliyik. Bizim üçün vətəndaşların təhlükəsizliyi hər şeydən üstündür. Biz gələcəkdə bu məsələni sərtləşdirməliyik. Bir partiya maliyyə hesabatında 0 rəqəmi göstərir, amma baxırsan ki, avtomobilləri, cangüdənləri, işçiləri var. Bu təşkilatların maliyyə mənbəyi öyrənilib ictimaiyyətə təqdim edilməlidir”.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar