Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlətdən qəzetlərə 60 MİN MANATLIQ layihə elanı

Tarix: 13-06-2017 16:22     Baxış: 3344 A- / A+
Dövlətdən qəzetlərə


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2017-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
Manevr.az xəber verir ki, KİVDF-dən Turkustan.info-ya bildiriblər ki, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında 19 istiqamət üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb.
Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər: Müsabiqə elan edilən günədək son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.
Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
– Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
– Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən qəzetlər;
– Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”dan çıxarılan qəzetlər (1 il müddətində);
– Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində);
– barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
– əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
– təsisçisi dini qurumlar və dini icmalar olanlar;
– xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
– xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
– təsisçiləri dövlət orqanları olanlar.
Maliyyə yardımının şərtləri aşağıdakılardır:
– layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
– ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
Hər layihə üçün maksimum məbləğ 60 min manat müəyyən edilib.
Hər KİV bir layihə təqdim edə bilər.
Sənədlər 2017-ci il iyun ayının 13-dən 29-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
Sənədlər Fonda şəxsən təqdim edilməlidir.
Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə etmək mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar