Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Şərq bazarı"nın söküntüsünə kim mane OLUR?

Tarix: 13-06-2017 15:23     Baxış: 4380 A- / A+
"Şərq bazarı"nın söküntüsünə kim mane OLUR?


Bir müddət öncə Sumqayıt şəhərində yerləşən “Şərq Bazarı”nda söküntü işlərinin aparılacağı ilə bağlı açıqlama verilmişdi. Açıqlamada bu ərazinin qısa müddətdə abadlaşdırılaraq orada müasir ticarət mərkəzinin inşa ediləcəyi bildirilmişdi.
Manevr.az bildirir ki, sözügedən bazarda obyekti olan sahibkarların Publika.az-a verdiyi məlumata görə, abadlıq işləri çərçivəsində görülən söküntü işlərinə mane olan qüvvələr var.
İddiaya görə, onların başında keçmiş "bazarkom" Rəşid Babayev və onun havadarları durur.
“Belə ki, ərazidəki bütün obyeklər, o cümlədən 66 sahibkarın dükanı tez bir zamanda sökülsə də Rəşid Babyevə məxsus binalar hələ də tam sökülməyib”.
Sumqayıt şəhər İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev Publika.az-a açıqlamasında sahibkarların iddiaları ilə razılaşmadığını dedi: “Hər bir sahibkar öz obyektini sökür. Bu işlər başa çatandan sonra abadlıq işlərinə başlayacağıq. Bütün sahibkarlar söküntü ilə razılaşıb. Rəşid Babayevin obyektlərində də söküntü işləri aparılır. Bu gün ərazidə olmuşam, işlər dayanmadan davam etdirilir”.
Söküntü işlərinin nə zaman başa çatacağına gəldikdə, E.Qocayev bu müddəti İcra Hakimiyyətinin müəyyən etmədiyini deyib: “Yəqin ki, qısa müddətdə yeni ticarət mərkəzinin tikintisinə başlanılacaq. Hazırda ərazidə həm söküntü işləri aparılır, həm də söküntü qalıqlarından təmizlənir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar