Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nə baş verir: Sumqayıt və “Sədərək”də zəhərlənmə, “Metropark”da “bomba” - Terror siqnalı, yoxsa...

Tarix: 12-06-2017 20:25     Baxış: 5346 A- / A+
Nə baş verir: Sumqayıt və “Sədərək”də zəhərlənmə, “Metropark”da “bomba” - Terror siqnalı, yoxsa...


İranda terrordan sonra Azərbaycan hüquq-mühafizə orqanlarının ayıq-sayıq olmasına çağırışlar səslənirdi.

Təkcə İran deyil, sərhəd ölkələrdən Türkiyədə və Rusiyada da eyni silahlı qruplaşmaların terror törətməsi narahatlığa əsas verir.

Və bundan əlavə, zaman-zaman İŞİD-in Qafqaz əmirliyi ölkəmizi terrorla təhdid edib. Hətta İŞİD-in xəritəsində də müxtəlif regionlarla yanaşı Cənubi Qafqaz hədəf göstərilib.

Elə Azərbaycandan Suriya və İraqa döyüşməyə gedənlərin, hətta ölənlərin olması da narahatlığa rəvac verir. Təsadüfi deyil ki, deputat Zahid Oruc da terrorun sərhədlərimizə gəlib çıxdığını söyləmişdi.

O baxımdan Azərbaycan təhlükəsizlik tədbirlərini gücləndirir, sərhədlərə nəzarət artırılır, xüsusi ilə Türkiyə sərhədini keçib Suriyaya getmək istəyənlərin qarşısı alınır.

Eləcə də Bakıda Dövlət Təhlükəsizlik Xidməti bir neçə ekstremist məhv edib ki, onların məqsədi şəhərin müxtəlif yerlərində partlayışlar törətmək olub.

BakuPost.az xəbər verir ki, İrandakı terrordan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və son bir neçə gün ərzində baş verən hadisələr yenidən İŞİD təhlükəsini, təxribat faktorlarını aktuallaşdırıb.

Söhbət Sumqayıt və Z.Tağıyev qəsəbəsindən 186 uşağın zəhərlənməsi, "Sədərək” ticarət mərkəzindəki yanğında 5 nəfərin tüstüdən boğulması, habelə "Metropark” ticarət mərkəzinə bomba qoyulması haqda həyəcanlı xəbərdən gedir.

Doğrudur, ilk baxışdan bu hadisələri ayrı-ayrılıqda sıradan olay hesab etmək olar. Həmçinin, bomba xəbərini verən şəxs yaxalanıb, uşaqların zəhərlənməsi haqda versiyalar var, bazardakı yanğın isə artıq adiləşib; çünki tez-tez "Sədərək” və "Binə”də yanğınlar baş verir...

Amma bu hadisələrdə bir təxribat izinin olması və ard-arda baş verməsi müəyyən şübhələrə yola açır. Ehtimal olunur ki, ölkəmizə qarşı bir siqnal verilib və Azərbaycan təxribatla təhdid edilir.

Məsələn, Sumqayıt, Müşviqabad, Tağıyev qəsəbələri vəhhabi adlanan təriqət üzvlərinn yuvasına çevrilməkdədir.

Eyni zamanda "Sədərək” və "Binə” bazarlarında da kifayət qədər vəhhabilər var. Hətta Şeyxin qardaşı, deputat Cavanşir Paşazadə bir müddət əvvəl bildirmişdi ki, sözügedən ticarət mərkəzləri vəhhabilərlə doludur, onları təmizləmək, bazarları bağlamaq lazımdır.

Nə baş verir: Sumqayıt və “Sədərək”də zəhərlənmə, “Metropark”da “bomba” - Terror siqnalı, yoxsa...

"Metropark” isə insanların kütləvi olduğu yerlərdən biridir və şəhərin mərkəzində təşviş yaratmaq üçün əlverişli ünvandır.

Bu detalların üzərinə birini də əlavə edərək, yada salmaq yerinə düşər ki, bir neçə ay qabaq Şirvanda "Araz” zavodu partladı, Səngəçal qəsəbəsinin Əzimkənd ərazisində 125 atmosferlik qaz kəmərində güclü partlayış baş verdi.



Ən qəribəsi odur ki, vəhhabilərlə dolu olan Səngəçalda bu partlayış məhz azərbaycanlı İŞİD üzvünün Mosulda video görüntü ilə Azərbaycanı terrorla təhdid etməsindən bir gün sonraya təsadüf edirdi.

Onu da yada salaq ki, partlayış baş verən ərazinin yaxınlığında iki ay öncə 2 İŞİD üzvü öldürülmüşdü. 2 ayın tamamında belə bir partlayışın həmin ərazinin yaxınlığında olması da təsadüfü idimi?

Nə baş verir: Sumqayıt və “Sədərək”də zəhərlənmə, “Metropark”da “bomba” - Terror siqnalı, yoxsa...

Eyni zamanda 2016-cı il dekabrın 3-də Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Hətta bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi məlumat yaymışdı ki, İŞİD-çilər Avropa İttifaqı və MDB-nin bir sıra şəhərlərində eyni əməliyyatları həyata keçirmək istəyirlər. Terrorçular çoxmənzilli binaların su kəmərlərinə zəhərli preparatlar qatmaq və bununla insanları məhv etmək arzusundadırlar...

***
Nə baş verir: Sumqayıt və “Sədərək”də zəhərlənmə, “Metropark”da “bomba” - Terror siqnalı, yoxsa...

Ona görə də İranda İŞİD terrorunun ardınca çoxlu vəhabilərin olduğu Sumqayıtda və "Sədərək”də zəhərlənmə, "Metropark”da bomba xəbəri təxribat izlərinin olması ehtimallarını istisna etmir.

Elə təhlükəsizlik üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl da Sumqayıtdakı hadisə haqda musavat.com-a bildirib ki, ilk növbədə, Dövlət Təhlükəsizlik Xidməti şübhələnməli və təxribat izlərini axtarmalıdır: "Vaxtı ilə Gəncədə işlədiyim zaman Gəncəyə Göygöldən gələn suyun bazasında ermənilər işləyirdilər. Biz onları dəyişdik.

Sonradan mütəxəssislər dedilər ki, ora zəhərin atılması, suyun zəhərlənməsi keçici olduğundan xüsusi təxribat gözlənilmir.

Xüsusi zəhərlənmə olsaydı, bu mütləq ölümlə nəticələnə bilərdi. Bunun təsiretmə gücü də göründüyü kimi, yalnız uşaqlaradır. Böyüklərin bədənlərindəki immunitet zəhərlənməyə imkan vermir.

Burada ən çox nədən şübhələnmək lazımdır? Bildiyiniz kimi, Sumqayıt radikal islamçıların yuvasıdır. Bunlara bəzən tapşırıqlar verirlər ki, müəyyən işlər görün.

Yadınızdadırsa, illər öncə onlar bir boru partlatmış, elə bilmişdilər ki, neft borusu partladıblar, amma sonradan su borusunu partlatdıqları məlum olmuşdu. Ona görə şübhələnməyə müəyyən qədər əsaslar var”.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar