Xəbər lenti
Qan donduran CİNAYƏT: 6 yaşlı ögey qızını… – TƏFƏRRÜAT
Ögey qızını qulağından tutub, divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Manevr.az Saglamheyat.com məlumatına görə bildirir ki , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Söz dövlət ittihamçısı Sabir Abdinova verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama görə, Ağsu sakini Elnar Hacıyev Xırdalanda Samirə Yarıyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Həm Elnar Hacıyevin, həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızı olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.
28 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. Bu zaman o, doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməsini tapşırıb. Qızı ləyəndə su gətirib, atası ayağını yuyub. E. Hacıyev ayağını yuduğundan sonra ləyəni ögey qızı olan 6 yaşlı Ramilə Abdulxaliqovaya tapşırıb. 6 yaşlı qız ləyəni qaldıran zaman gücü çatmayıb. Suyu döşəməyə töküb. Bundan əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qıza yumruq və təpik zərbələri endirib. Bununla da kifayətlənməyən Elnar Hacıyev R. Abdulxaliqovanı qulağından qaldırıb evin divarına bir neçə dəfə çırpıb. Bu zaman 6 yaşlı qız huşunu itirib. Bunu görən Elnar Hacıyev qızın üstünə su töküb. Qızın özünə gəlmədiyini görən Elnar Hacıyev onu divana uzadıb. Öz qızı Həcəri Ramilənin yanına qoyaraq tibbi yardım göstərmək üçün aptekə gedib. Lakin 6 yaşlı qız keçinib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar