Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda TRAGİKOMİK HADİSƏ: 88 yaşlı kişi həyat yoldaşından boşanır - VİDEO

Tarix: 09-06-2017 07:43     Baxış: 4348 A- / A+
Azərbaycanda TRAGİKOMİK HADİSƏ:

Azərbaycanda ilk dəfə 88 yaşlı kişi həyat yoldaşından boşanır. Ər arvad yaşlarının ahıl çağında məhkəməyə müraciət edib. Üstəlik boşadığı həyat yoldaşını yaşadıqları mənzildəki hüququndan da məhrum etmək istəyir. Çünki özünə yeni həyat yoldaşı tapıb və onunla evlənəcəyini deyir. Yeni arvadı ilə boşadığı arvadının eyni evdə yaşamasını istəmir. Bu tragikomik hadisə haqda "XəzərXəbər”ə vəkil Asif Abdullayev məlumat verib.

Azərbaycanda sensasion hadisə baş verib. 88 yaşlı kişi arvadını boşamaq üçün məhkəməyə müraciət edib. Ən xırda məsələdə belə boşanmağı seçən gənc cütlüklərin qınandığı dövrdə ahılların bu addımını eşidənlər heyrətə gəlir.

Bu barədə kişinin həyat yoldaşının vəkili Asif Abdullayev məlumat verib. Onun sözlərinə görə qadın kişidən bir neçə yaş kiçikdir.

Ehtimal var ki, kişi ahıl yaşında yenidən ailə qurmaq istəyir. O yeni arvadının boşadığı arvadı ilə eyni evdə qalmaması üçün əvvəlki arvadının mənzil hüququndan məhrum edilməsi üçün də müraciət edib.

Maraqlısı budur ki, kişi guya arvadını qısqandığı üçün boşanmaq qərarına gəlib.

Psixoloq Elnur Rüstəmov deyir ki, yaşlı cütlüklərin boşanması istənilən halda cəmiyyət üçün mənfi örnəkdir.

Psixoloqun fikrincə, belə şəxslərin ailə üzvləri də boşanmaya görə mənəvi məsuliyyət daşıyır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar