Xəbər lenti
Könül Xasıyeva sağdır: "Hər kəsə can sağlığı arzulayıram" - VİDEO
Dünən və bu gün bəzi saytlarda xalq artisti Könül Xasiyevanın dünyasını dəyişməsi haqda xəbərlər yayıldı. Ardınca da sosial şəbəkələrdə xəbərlər çoxaldı. Sonradan isə xalq artisti video müraciət ünvanlayaraq səhhətində problemlər olduğunu, amma sağ olduğunu bildirdi. "XəzərXəbər”lə telefon əlaqəsində sənətçi bu gün xəstəxanaya aparıldığını, müayinədən sonra evə buraxıldığını deyib.
Xalq artisti, muğam ifaçısı Könül Xasıyevannın səhhətində problem olduğu haqda məlumatlar var idi. Amma dünən və bu gün bir neçə saytda və sosial şəbəkələrdə guya xalq artıstinin dünyasını dəyişməsi haqda xəbərlər yayıldı.
Sənətçinin evinə üz tutsaq da, onun xəstəxanaya aparıldığını dedilər.. Bildirdilər ki, səhəttindəki problem davam edir, lakin sənətçi sağdır. Telefon danışığında da xalq artisti bizə yaxşı olduğunu təsdiqlədi. Ardınca isə videomüraciətini göndərdi.
Xalq artisti hər kəsə və özünə can sağlığı arzulayıb.
Mətbuat Şurasının İdarə heyətinin üzvü Vüqar Rəhimzadə isə xalq artistinin ölümü ilə bağlı yalan məlumatlar yayan saytların etikadan kənar hərəkət etdiklərini bildirib.
Vüqar Rəhimzadə hesab edir ki, yalan informasiyalar yayan mənbələrlə bağlı hüquq mühafizə orqanları hüquqi çərçivədə ölçü götürməlidir.
"Xəzər xəbər"in hazırladığı videomaterialı təqdim edirik:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar