Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Masallıda “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbir keçirilib

Tarix: 07-06-2017 14:11     Baxış: 2439 A- / A+
Masallıda “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”  mövzusunda tədbir keçirilib


Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyunun 3-də Masallı şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda seminar keçirib.

“Cənub kitab evi”nin konfrans zalında keçirilən tədbirə Cənub bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilən bu tədbirə ciddi zərurət var: “Uşaqlar haqqında xəbər yaymağın beynəlxalq standartları var. Təəssüf ki, xəbər istehsalçılarının “yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları problemlidir. Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunu (11-ci maddə), ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunu (11.5.3), “İnformasiya əldə etmək azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu (maddə 37), o cümlədən, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” (3-cü prinsip) yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmanı, lazımi anda məhdudiyyətlər tətbiq edilməsini tələb etsə də, xəbər istehsalçılarının bu tələbləri ya bilgisizlikdən, ya da bilərəkdən pozmaları halları intensiv olaraq qalır. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə çıxış edən ekspertlər yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını ehtiva edən qanunvericilik aktları barədə seminar iştirakçılarını məlumatlandırıblar.

Daha sonra çıxış edənlər- Regional İnkişaf və İnsan hüquqları İB-nın sədri Ələsgər Hüseynov, Masallı Rayon bələdiyyəsinin üzvü Azad Əhmədov, Ərkivan uşaq bağçasının tərbiyyəçisi Abbaslı Fidan, “Cənub xəbərləri”qəzetinin baş redaktoru Zahir Əmənov və digərləri “KİV və uşaq hüquqları” mövzusunda gerçəkləşdirilən layihələrin faydalarından danışıblar.


MİTD İB Mətbuat xidməti

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar