Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

8 vəhşi heyvan müsadirə olundu - Restoranlarda reyd

Tarix: 07-06-2017 10:12     Baxış: 4335 A- / A+
8 vəhşi heyvan müsadirə olundu


Bu gün Azərbaycanda fəaliyyət göstərən bəzi restoranlar, istirahət mərkəzlərində müxtəlif növ quş və yırtıcı heyvana rast gəlmək olar.

Ölkənin bəzi yüksək ranqlı məmurlarının vəhşi heyvanlara marağının olması da heç kəsə sirr deyil. Sabiq nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovun restoranlardan birində ayı ətindən kabab bişirtdirməsindən sonra restoran şəbəkələrinin vəhşi heyvanlara marağı daha da artdı.

Elə bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) belə halların aradan qaldırılması üçün mütəmadi olaraq reydləri artırdı.
Amma keçirilən reydlərə, görülən tədbirlərə baxmayaraq, bəzi restoranlar həyətlərində quraşdrdığı qəfəslərdə vəhşi heyvan və quş növləri saxlamağa davam edirlər. Məsələn, Hacıqabul rayonu Pirsaat qəsəbəsində Bakıya gələn yolun kənarında yerləşən "Fədək” istirahət mərkəzinin həyətində hər növ quş və vəhşi heyvan növünə rast gəlmək mümkündür. Bəs orada heyvan və quşların saxlanılması qanuna müvafiq həyata keçirilirmi?

ESTN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin məsələ ilə bağlı Modern.az-a verdiyi məlumata görə, nazirliyin hər rayonda monitorinq qrupları var:
"Monitorinqlər mütəmadi olaraq həyata keçirilir. Aprel ayının əvvəlində keçirilən reydlər zamanı Ağstafa rayonu "Yaşıl Göl” istirahət mərkəzində 1 qonur ayının, Xaçmaz rayonu "Çənlibel” istirahət mərkəzində 2 dağıstan turunun və Füzuli rayonu "Qarabağ” istirahət mərkəzində 2 qonur ayının və 3 ceyranın qanunsuz olaraq təbiətdən götürülərək qeyri - sərbəst şəraitdə qəfəslərdə saxlanıldığı aşkar edilib.
Faktlar üzrə sözügedən istirahət mərkəzlərinin sahibləri barəsində prokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat cərimə edilib. "Yaşıl Göl” və "Çənlibel” istirahət mərkəzlərindəki heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. Heyvanlar reabilitasiya müddətindən sonra vəhşi təbiətə qaytarılacaq”.

R.Mirzəyev deyib ki, "Fədək” İstirahət Zonasının həyətindəki heyvanlarla bağlı müvafiq araşdırma aparılıb:
"Məlum olub ki, onların hamısı xaricdən qanunamüvafiq gətirilən quş və heyvanlardır. Onların hər biri gömrük məntəqəsindən keçib və sənədləşdirilib. Zonada Azərbaycan təbiətindən qanunsuz götürülən quş və heyvan yoxdur”.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart ayları ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 65 vətəndaş saxlanılaraq onlardan 61 ov tüfəngi, 147 patron, qanunsuz ovlanmış 11 quş və 4 heyvan götürülüb.

İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokollar tərtib edilərək 56 nəfərə 58136 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar