Xəbər lenti
Baş prokuror müavinindən qızına dəbdəbəli toy edən Lift İdarəsinin rəisi haqda AÇIQLAMA
Azərbaycan baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yayılan məlumatlara münasibət bildirib.
Manevr.az-ın məlumatına görə K.Əliyev deyib ki, Q.Şükürovla bağlı baş idarəyə müraciət olunmayıb.
“Baş idarə tərəfindən istənilən müraciətlə bağlı rəsmi aradırma aparılır. Belə araşdırmalar olanda ictimaiyyətə də açıqlayırıq. Konkret bu məsələ ilə bağlı müraciət olunmayıb. Əgər bununla bağlı baş idarənin məlumatı yayılmayıbsa, deməli, müraciət edilməyib”.
Qeyd edək ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən “Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin “Bakı Lift”in baş direktoru Qüdrət Şükürovla bağlı araşdırmalara başlanılması barədə xəbərlər yayılmışdı.
Bildirilib ki, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Qüdrət Şükürovla bağlı məsələ ölkədə ən üst səviyyədə narazılıq yaradıb. Dərhal bu məsələnin araşdırılması və ölçü götürülməsi tapşırılıb.
Hətta sözügedən toyla bağlı da ayrıca araşdırma aparılıb, toyda iştirak edən şəxslər, bəylə-gəlinə mahnı həsr edənlər dindirilib. Bu işə xərclənən vəsait dəqiqləşdirilib.
Məlumata görə, Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Amma məlumat rəsmən təsdiqlənməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar