Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda korrupsiyaya qarşı 6 prinsiplə mübarizə aparılır

Tarix: 06-06-2017 15:42     Baxış: 3290 A- / A+
Azərbaycanda korrupsiyaya qarşı 6 prinsiplə mübarizə aparılır


“Azərbaycanda müasir tələblərə cavab verən antikorrupsiya qanunları var və Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir".

Manevr.az xəbər verir ki, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşündə baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə 6 prinsip üzərində qurulub.

“Azərbaycan 2004-cü ildən başlayaraq beynəlxalq səviyyədə antikorrupsiya konvensiyalarına qoşulub, qanunvericiliyini təkmilləşdirib.
Azərbaycanda üç pilləli məhkəmə sistemi var. Məhkəmə-Hüquq Şurası bu sahədə önəmli qurumdur. İdarəçilikdə şəffaflığa gəlincə, hüquq-mühafizə orqanlarına əməkdaşlar test yolu ilə qəbul edilir, eyni zamanda elektron hökumət, "ASAN xidməti" qeyd etmək vacibdir.

Azərbaycanda iki antikorrupsiya qurumu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi mövcuddur. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yeganə cinayət təqibi orqanıdır”.
K. Əliyev bildirib ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar QHT-lərlə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar