Xəbər lenti
Cocuq Mərcanlıdan Şuşaya - Birlik sosial qrup yaradıb
Ölkəmizdə elə bir insan olmaz ki, Xocalı soyqırımından xəbərsiz olsun. Dövlət səviyyəsində Azərbaycan həqiqətlərini, xüsusən Xocalı soyqırımının beynəlxalq tanınması űçűn tədbirlər planları həyata keçirilir.
İctimai təşkilat olaraq “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi bu istiqamətdə fəaliyyət göstərir. 2007-ci il noyabrın 16-da dövlət qeydiyyatına alınmış Birlik ölkə daxilində və onun hűdudlarından kənarda əhəmiyyətli tədbirlər keçirir.
Döyűş bölgələrində, orta ümumi təhsil, ali təhsil ocaqlarında milli vətənpərvərlik ruhunda keçirilən tədbirlər də bu qəbildəndir. İyunun 4- də “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi maraqlı kampaniyaya imza atıb. Ölkənin fəal gənclərinin iştiraki ilə “Cocuq Mərcanlıdan-Şuşaya doğru” adlı qrup yaradıldığı bəyan edilib. Birliyin sədri, “Ana Harayı” qəzetinin bas redaktoru Şamil Sabiroğlu Respublikamızın ərazi bűtövlűyű uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib və qrupun yaradılmasının məqsəd və məramını açıqlayıb. Birliyin Gənclər departamentinin sədr müavini Nicat Müslümov yeni layihə haqqında məlumat verib. Bildirib ki,”Cocuq Mərcanlıdan-Şuşaya doğru” adlı könüllülər qrupu ictimai əsaslarından fəaliyyət göstərəcək. Məqsəd Xocalı soyqırımının tanınmasında gənclərin aktivliyinə nail olmaqdan ibarətdir.
Qərara alınıb ki qrupun yaradılması haqqında aidiyyəti orqanlara məlumat göndərilsin. Birliyin nəzdində fəaliyyət göstərən qrupda tədbirləri iyulun 2 də keçirliməsi nəzərdə tutulur.
Şamilə Şamilqızı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar