Xəbər lenti
“Məhərrəm Əliyev heç vaxt yaltaq və ikiüzlü olmayıb…” - ADİL ƏLİYEV QARDAŞINI ÖYDÜ

“Mən hesab edirəm ki, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. Məhərrəm Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o, heç vaxt yaltaq və ikiüzlü olmayıb, o vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda göz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdı”.
Bunu millət vəkili Adil Əliyev qardaşı, general Məhərrəm Əliyev haqda deyib.
Onun sözlərinə görə, M. Əliyev vaxtında Ulu Öndər Həydər Əliyevin silahdaşı olub, bu gün də Prezident İlham Əliyevin sadiq generallarından biridir.
“Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub- olmamasından asılı olmayaraq, o, prezident İlham Əliyeve, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə heç vaxt onu əqidəsindən döndərə bilməz.
Mən fəxr edirəm ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var.
Allah böyüklərimizi qorusun!”-deyə, o, sözlərinə əlavə edib.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar