Sizin Reklam Burada
Xəbər lenti
31-10-2024
30-10-2024
BÜTÜN XƏBƏRLƏR

Özbəkistan prezidenti ölüm ayağında, varis kim olacaq?

Tarix: 30-08-2016 08:50     Baxış: 5544 A- / A+
Özbəkistan prezidenti ölüm ayağında, varis kim olacaq?
İslam Kərimov çox içdiyi üçün xəstəxanaya düşüb

Özbəkistan prezidenti İslam Kərimovun səhhəti ötən həftənin şənbə günündən etibarən pisləşib. Bu barədə Özbəkistan liderinin qızı Lola Kərimova-Tillyayeva öz İnstagram hesabında məlumat verib. Onun yazdığına görə, səhhəti ağır olan prezident hazırda reanimasiyadadır.

“Yeni Müsavat”ın xəbərinə görə, İnstaqramdakı son paylaşımında ailə fotosunu yayan Lola Kərimova yazıb ki, son istirahət günlərində atasının səhhətində ciddi problem yaranıb və hazırda reanimasiyadadır: “Onun gələcək durumu ilə bağlı hər hansı proqnoz vermək mümkünsüzdür. Mən insanlara buradan müraciət edirəm ki, şayiələrdən uzaq dursunlar və ailənin şəxsi toxunulmazlıq hüququna hörmət etsinlər. Mən atam üçün dua oxuyan və gözəl istəklər səsləndirən hər kəsə minnətdar olacam”.

Özbəkistanın Xalq Hərəkatının lideri Məhəmməd Saleh İslam Kərimovun banket zamanı infarkt olması ilə bağlı öz versiyasını yazıb. Axar.az xəbər verir ki, sözügedən versiya “uzxalqharakati” saytında yer alıb: “26 avqustda Daşkəndin Durmen qəsəbəsində prezidentin iqamətgahında Rio olimpiadasında iştirak edən özbək idmançıların şərəfinə banket təşkil olunub. Köməkçisinin təkidlərinə baxmayaraq, prezident içkiyə ara verməyib. Bir müddət sonra onun halı pisləşib, tədbir yarımçıq saxlanılıb. Prezidentə dərhal ilkin yardım göstərilib və o, Respublika Kardioloji Mərkəzinə çatdırılıb. Həkimlər infarkt faktını təsdiq edib. Tez bir zamanda Özbəkistana Almaniya və İsraildən həkimlər gətirilib.

Prezident 5 gün sağ qala bilsə, ondan sonra səhhəti düzələcək. Amma sağ qalacağı ilə bağlı dəqiq heç nə deyilmir, çünki vəziyyəti ağırdır. Müstəqillik gününü ölkənin baş naziri özü keçirəsi olacaq".

Özbəkistan saytları məlumat yayıblar ki, Kərimov dünyasını dəyişərsə, onun yerinə ölkənin baş naziri Şövkət Mirziyev gələcək. Məlumat üçün deyək ki, Mirziyev Kərimovlar ailəsinə yaxın şəxsdir və hakim elitadakı bütün klanlarla münasibəti yaxşıdır. Fergana.ru saytı yazıb ki, İslam Kərimov vəfat edəcəyi təqdirdə Özbəkistan konstitusiyasına görə hakimiyyət parlamentin sədrinə keçir. “Amma parlament sədri odioz fiqur deyil. Böyük ehtimalla növbəti prezident Mirziyev olacaq” deyə, sayt yazır. Məlumata görə, Mirziyev rusiyalı milyarder Əlişir Usmanovla qudadır.

“Assosiated press” xəbər verir ki, Daşkənddə İslam Kərimovun yerləşdirildiyi xəstəxananın ətrafında polis və hərbçilərdən ibarət təhlükəsizlik kordonu yaradılıb. Kordonun diametri bir neçə kilometrə çatır.

Xatırladaq ki, İ.Kərimov 78 yaşındadır . O, ölkəyə 1989-cu ildən rəhbərlik edir. 2015-ci ildəki seçkilər nəticəsində o, növbəti dəfə prezident seçilib.

Son illər Kərimovun adı dünya mediasında daha çox böyük qızı Gülnarə Kərimova ilə bağlı hallanıb. Atasının onu həbs etməsi, heç kimin bilmədiyi bir yerdə saxlaması, habelə oğlunun Avropa ölkələrindən birinə qaçması... Qərb mətbuatının ən çox yazdığı mövzu olub. Ümumiyyətlə, G.Kərimova da bizneslə məşğul olub. O, ABŞ vətəndaşı Mənsur Məqsudi ilə evli olub. Gülnarənin Mənsurla boşanma xəbəri vaxtilə beynəlxalq qalmaqal yaradıb. Mediada atasının G.Kərimovaya cəza tətbiq etməsi, onu sarayda gizlətməsi, fiziki təzyiqə məruz qoyması da yayılan xəbərlər arasındadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar