Xəbər lenti
“Bakcell”in əməkdaşı işdən qovuldu- ÇOVDAROVLA TELEFONLARA QULAQ ASDIĞI ÜÇÜN
Dünən mətbuatda hazırda həbsdə olan iş adamı Müqayis Verdiyevin qızı Aytən Verdiyevin hazırda həbsdə olan tanınmış futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədova, Nəqliyyat nazirliyinin şöbə müdiri Kazım Şərifova və Emil Allahverdova qarşı məhkəmə iddiası haqda məqalə yayımlanıb.
Manevr.az xəbər verir ki, yazıda adı keçən K.Şərifov “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə münasibət bildirib. K.Şərifov deyib ki, M.Verdiyev və oğlu Anar Verdiyevin saxta işlərinin qurbanı olub: “2016-cı ilin avqustun 28-də avtomobil satışı saytında “BMW 520” markalı maşın gördüm. Sonra maşınla maraqlananda bu mərdimazarlara ilişdim.
Müqayis Verdiyevin oğlu Anarla danışdım, özümün “Mitsubishi Pajero” maşınımı onların saytda elan verdikləri “BMW” ilə dəyişdim. Maşın da Anarın bacısı Aytənin adına idi. O vaxt hələ Müqayis türmədə deyildi, özü mənim qapıma gəldi, danışdıq. Onların maşını dizel ilə işləyirdi deyə aldım, fikirləşdim az yanacaq işlədəcək, imkanım yox idi. Mən maşını təxminən 4 ay Bakıda sürdüm. Sonra yoldaşımı müalicə üçün Gürcüstana aparanda gömrükdə gürcü polisi bizi saxladı. Mənə dedilər ki, maşın oğurluqdur. Avtomobili saxladılar, 2 saat ifadə verdim, hər şeyi danışdım, əşyalarımızı götürüb geri qayıtdıq. Anara nə qədər zəng etsəm də, cavab vermədi. Sonra Anarı tapdım, dedim maşınımı qaytar, dedi “sənin maşınını satmışam, üstündən su da içmişəm”. Mən öyrəndim ki, 32 min dollarlıq maşınımı avtosalona 25 min dollara satıb. Mənə verdiyi maşının qiyməti isə 10 min dollar imiş. Anardan soruşub öyrəndim ki, maşını Maşallah Əhmədovun oğlu Tərlandan alıb. Tərlanla görüşdüm, dedi ki, maşını alanda oğurluq olduğunu bilməyiblər.
Sonradan maşın “İnterpol”la axtarışa veriləndə biliblər. Məhkəmədə də Tərlan Anarın üzünə durub dedi ki, biz sənə maşının oğurluq olduğunu, ölkədən çıxmaması lazım olduğunu demişdik. Hətta Tərlan Anardan maşını geri qaytarmağı da istəyib. Müqayislə oğlu Anar da oğurluq maşını gətirib mənə sırımışdı”.
Kazım Şərifov qeyd edib ki, DİN rəhbərliyinə müraciət etdikdən sonra öz maşını ona qaytarılıb: “Daxili İşlər Nazirliyinin rəhbərliyi işi araşdırmağı “Banditizm”ə tapşırmışdı. Onlar Tərlan Əhmədovu da, Anar Verdiyevi də çağırıb dindirmişdilər. Sonra mənə zəng edib dedilər ki, sənin maşının idarənin həyətindədir, gəl apar. Səhərisi gün gedib maşını götürdüm. Bundan sonra Anar məndən polisə, məhkəməyə şikayət etməyə başladı. “BMW”nin pulunu istəyir, mən də dedim etibarnamə verim, ala bilirsə, getsin Gürcüstandan götürsün”.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar