Xəbər lenti
Rusiyada mütəşəkkil cinayətkar dəstənin üzvü olan Azərbaycan vətəndaşı saxlanılıb

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva vilayəti üzrə idarəsi mütəşəkkil cinayətkar dəstənin üzvü olan Azərbaycan vətəndaşını ələ keçirib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan Azərbaycan vətəndaşının da daxil olduğu dəstənin üzvləri iyun ayının 1-də Moskva vilayətinin Lyubertsı şəhərindəki kafedə bir kişi ilə görüşüb və ondan 30 milyon rubl (ilkin olaraq məbləğ 1 milyon rubl olub, zamanla bu səviyyəyə çatıb - red.) tələb ediblər. İstədikləri məbləği əldə edə bilməyən dəstə üzvləri "qurban"ını şəhət ətrafında yerləşən qəbristanlığa aparıblar və burada onu diri-diri basdırıblar. Bu da nəticə verməyincə, dəstən üzvləri həmin şəxsi qohumlarına zəng etməyə məcbur ediblər. Qohumlardan yalnız 1 milyon rubl və avtomobli ala bilən "reket"lərdən yalnız 1 nəfər - Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda həmyerlimiz istintaqa ifadə verir.
Dəstənin digər üzvlər axtarışdadır. Onlar barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət işi açılıb.
Dəstə üzvlərinin işgəncələrinə məruz qalan şəxs isə həkim nəzarətində saxlanılır. Bildirilir ki, o, müxtəlif dərəcəli sınıq və travmalar alıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar