Xəbər lenti
3 dövlət komitəsi ləğv edilir – siyahı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur.
Məlumatlara görə, sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir.
Bununla bağlı qərarlar yaxın vaxtlarda qəbul ediləcək – deyə mənbə bildirib.
Mənbənin məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları Fövqəladə Hallar Nazirliyinə, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin funksiyaları Xarici İşlər Nazirliyinə, Statistika Komitəsinin funksiyaları İqtisadiyyat Nazirliyinə veriləcək.
Son 2 ildə 3 dövlət komitəsi və 1 nazirlik ləğv edilib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi. Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib. Nəqliyyat nazirliyi isə Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə birləşdirilib.istiqlal.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar