Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

ŞOK! "Gilan" Kəmaləddin Heydərovun əlindən ALINIB

Tarix: 30-05-2017 16:10     Baxış: 4424 A- / A+
ŞOK! "Gilan" Kəmaləddin Heydərovun əlindən

Ölkənin ən böyük şirkətlərindən biri olan “Gilan Holding”lə bağlı təzadlı məlumatlar yayılır.

Məlumata görə, bir neçə gün əvvəl “Gilan Holding”in sahibi dəyişib.

Mənbə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus bu nəhəng biznes strukturunun kimin nəzarətinə keçməsi ilə bağlı məlumat versə də, rəsmi açıqlama verilmədiyinə görə, biz də detallı yazmırıq.

Məlumatı dəqiqləşdirmək üçün şirkətin saytında yerləşdirilən əlaqə nömrəsinə etdiyimiz zəngdən də bir nəticə hasil olmadı.

Telefon zəngimizə cavab verən xanım əməkdaş bizi nə mətbuat xidməti, nə də başqa bir məsul şəxslə calaşdıra bilməyəcəyini dedi: “Belə bir səlahiyyətim yoxdur”.

Məlumatı diqqətçəkən edən daha bir vacib məqam ondan ibarətdir ki, anoloji xəbərlər hələ vəzifədə olarkən keçmiş nəqliyyat naziri Ziya Məmmədov və yaxın ətrafına məxsus şirkətlər barəsində də yayılmışdı. Çox keçməmiş nəqliyyat naziri nəinki “istirahətə” göndərildi, rəhbərlik etdiyi nazirlik belə ləğv olundu.

Qeyd edək ki, sabiq və indiki nazirlər arasında ən böyük biznes imperiyasının da Kəmaləddin Heydərova və ailəsinə məxsus olduğu deyilir. Mətbuatda dərc olunan və indiyə qədər təkzib olunmayan məlumatlara əsaslansaq, “fövqəlnazir”in 300-ə yaxın şirkətə nəzarət etdiyini söyləmək olar.

“Gİlan Holding” özü də ayrılıqda onlarla şirkəti özündə birləşdirən – tikinti, turizm, sənaye sahələri başda olmaqla müxtəlif biznes növləri ilə məşğul olan nəhəng biznes strukturudur.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar