Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

8 yaşlı Azərbaycan pianoçusu Kremldə çıxış etdi

Tarix: 29-05-2017 20:17     Baxış: 4309 A- / A+
8 yaşlı Azərbaycan pianoçusu Kremldə çıxış etdi

Gənc Azərbaycan pianoçusu Cəmil Sədizadə Kremldə çıxış edib. Mayın 28-də Rusiya prezidentinin iqamətgahında - Böyük Kreml Sarayında - beşinci beynəlxalq uşaq musiqi festivalı keçirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nəsillərin melodikası” devizi altında keçirilən beynəlxalq festivalda doqquz ölkəni təmsil edən gənc musiqiçilər Rusiya Prezident orkestrinin müşayiəti ilə çıxış ediblər.

Azərbaycanın ən yaxşı gənc pianoçularından biri - 8 yaşlı Cəmil Sədizadə Bethovenin fortepiano ilə orkestr üçün konsertini ifa edib.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Nəsillərin melodikası” xeyriyyə festivalı barədə təşəbbüs 5 il bundan əvvəl Rusiya Prezident orkestrinin rəhbəri Vera Krılova tərəfindən irəli sürülüb. Bu festivalda dünyanın müxtəlif ölkələrindən mədəniyyət nazirlikləri səviyyəsində seçilən 8-15 yaşlı ən yaxşı musiqiçilər iştirak edir.(AzərTAc)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar